The Spectator: "Ukrayna və İran müharibələri bir-birinə qarışmağa başlayır"
Ukrayna ilə Rusiya arasında davam edən müharibə və İran ətrafında artan gərginlik artıq ayrı-ayrı böhranlar deyil. "The Spectator" yazır ki, son hadisələr bu iki münaqişənin getdikcə bir-birinə bağlandığını göstərir.
Nəşrin təhlilinə görə, Ukraynanın Xəzər dənizində İranla əlaqəli hədəflərə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi yeni mərhələnin başlanğıcı hesab olunur. Məqalədə qeyd edilir ki, Kiyev İranı hələ 2022-ci ildən, Rusiyaya "Şahed" pilotsuz aparatları göndərdiyi vaxtdan müharibənin iştirakçısı kimi qiymətləndirir.
Müəllif hesab edir ki, Ukrayna bu əməliyyatlarla ABŞ administrasiyasının dəstəyini gücləndirməyə çalışır. Xüsusilə hava hücumundan müdafiə sistemləri və "Patriot" raketlərinin çatışmazlığı fonunda Kiyev Vaşinqtonun diqqətini yenidən özünə yönəltmək istəyir.
Məqalədə vurğulanır ki, İran və Rusiya arasında hərbi əməkdaşlıq dərinləşdikcə, Ukrayna da İranla bağlı hədəfləri legitim hərbi obyekt hesab etməyə başlayıb.
Sonxeber.az The Spectator-a istinadən xəbər verir ki, bu isə Yaxın Şərqdəki böhranla Ukrayna müharibəsi arasındakı sərhədləri daha da zəiflədir.
"The Spectator"un qənaətinə görə, hadisələrin bu istiqamətdə inkişafı regional qarşıdurmaları daha geniş geosiyasi böhrana çevirə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 324 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?
Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın
4 avqustDanimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək
Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi
4 avqustElm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr
3 avqustŞimali Koreya Rusiyada 120 ballistik raket yerləşdirir
Şimali Koreyanın raket bölməsi Rusiyanın qərbində yerləşdirilir və Ukraynaya zərbə endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ala bilər. xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Çernyak bildirib. Eyni zamanda, Ukraynada effektiv hava hücumundan müdafiə sistemlərini
5 avqustİran Ukraynadakı üç obyektə zərbə endirməyə hazırdır - baş hərbi müşavir
İranın dövlətə bağlı Press TV-nin verdiyi məlumata görə, İran iyulun sonlarında Xəzər dənizində ticarət gəmilərindən birinə edilən hücumla əlaqədar Ukraynadakı üç obyektə hücum etməyə hazır idi. CNN-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ali Rəhbər Mojtaba Xameneinin baş hərbi müşaviri bildirib
4 avqustAB Ukraynadan olan qaçqınların statusu ilə bağlı yeni plan hazırlayır
Avropa Birliyi Ukraynadan gələn milyonlarla qaçqının gələcək hüquqi statusu ilə bağlı yeni mexanizmlər üzərində işləyir. The Guardian-a istinadən xəbər verir ki, məqsəd müharibənin uzanması fonunda müvəqqəti müdafiə rejiminin gələcək taleyini müəyyənləşdirmək və üzv ölkələr arasında vahid yanaşma formalaşdırmaqdır
4 avqustİyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
3 avqust