Efesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?

Efesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood in the Past" jurnalında dərc olunub.

Alimlər qədim Roma dövrünə aid odeonun (konsert və ictimai toplantılar üçün istifadə olunan tikili) xarabalıqlarında yerləşən, uzun illər istifadəsiz qalmış ictimai tualetin kanalında iki körpənin qalıqlarını aşkar ediblər. İlk baxışda dəfn yeri qeyri-adi görünsə də, tədqiqatçılar bunun uşaqlara laqeyd münasibətin deyil, əksinə, onların xüsusi qayğı və ehtiramla dəfn edilməsinin göstəricisi olduğunu bildirirlər.

Məlumata görə, eramızın I əsrində tikilmiş odeona təxminən yüz il sonra ictimai tualet əlavə olunub. Sonradan baş verən yanğından sonra bina tərk edilib və əsrlər boyu tullantı sahəsi kimi istifadə olunub.

Məhz istifadəsiz qalmış kanalın içərisində daş və kirəmitlərlə hörülmüş kiçik qəbir aşkarlanıb. Körpələrin cəsədləri başqa yerdən gətirilmiş torpaq qatının üzərində yanaşı yerləşdirilib.

Tədqiqat müəllifləri Karolin Partio və Lilli Zabrananın sözlərinə görə, kanal təsadüfən seçilməyib. Çünki uzun illər istifadə olunmayan bu məkan qalıqları xarici təsirlərdən qoruyaraq min ildən artıq müddətdə yaxşı vəziyyətdə saxlayıb.

Sümüklər üzərində aparılan analizlər göstərib ki, hər iki körpə doğuş vaxtından təxminən altı həftə əvvəl dünyaya gəlib. Onların diri doğulduğu, yoxsa ana bətnində öldüyü isə dəqiq müəyyənləşdirilə bilməyib.

Alimlər körpələrin ehtimal ki, kəfənə bükülərək dəfn edildiyini bildirirlər. Bu isə onların son mənzilə böyük qayğı və hüznlə yola salındığını göstərir.

Araşdırma zamanı körpələrdən birində çox nadir rast gəlinən anatomik anomaliya - boyun fəqərəsindən çıxan əlavə qabırğa sümüyü də müəyyən edilib.

Mütəxəssislərin fikrincə, belə anomaliya adətən ciddi genetik və inkişaf pozğunluqları ilə əlaqəli olur və körpələrin ölüm səbəblərindən biri ola bilər.

Qalıqların ölçüsü və yaşı onların əkiz ola biləcəyini də göstərir. Arxeoloqlar qeyd edirlər ki, qədim dövrlərdə əkiz uşaqların doğulması nadir hadisə hesab olunurdu və vaxtından əvvəl doğuş ölüm riskini daha da artırırdı.

Tədqiqatçılar hesab edirlər ki, körpələrin qəbiristanlıqda dəfn olunmamasının səbəbi dövrün dini qaydaları ilə bağlı ola bilər.

Bizans dövründə Efesdə yalnız vəftiz olunmuş şəxslərin müqəddəs torpaqda dəfn edilməsinə icazə verilirdi. Körpələrin vəftizi isə adətən doğulduqdan bir neçə həftə sonra həyata keçirilirdi. Buna görə də daha əvvəl vəfat edən körpələrin qəbiristanlıqda dəfn olunması mümkün olmayıb.

Alimlərin fikrincə, qədim Artemida məbədinin yerləşdiyi ərazi sakinlər üçün dini və mənəvi əhəmiyyətini qoruyub saxladığından, həmin məkan alternativ dəfn yeri kimi seçilmiş ola bilər.

Tədqiqat müəllifləri bildirirlər ki, bu tapıntı qədim Efesdə dəfn adətləri, uşaqlara münasibət və insanların mənəvi dəyərləri barədə yeni məlumatlar əldə etməyə imkan yaradır. Onların fikrincə, qeyri-adi dəfn yeri valideynlərin körpələrinə laqeyd yanaşdığını deyil, əksinə, onları böyük kədər və qayğı ilə son mənzilə yola saldıqlarını göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1550   Tarix: 04 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr
.

Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind

14 oktyabr
.

ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b

15 oktyabr
.

Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək

Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind

15 oktyabr
.

Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə

15 oktyabr
.

İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın

15 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr
.

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək

14 oktyabr