Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar
Dünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur "Ghetto Kids" rəqs qrupunun üzvlərini evində qonaq edib.
"Qafqazinfo" xəbər verir ki, müğənni bununla bağlı "Instagram" hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb.
"Son bir neçə gün sözlə ifadə edilə bilməyəcək qədər böyük sevgi ilə dolu keçdi.
Sizi həyatınızda ilk dəfə çimərliyə apardım və hər gün ailəmizlə, dostlarımızla birlikdə vaxt keçirdik. Haraya getsəniz, oranı necə dəyişdirdiyinizi və qarşılaşdığınız hər kəsin qəlbinə toxunduğunuzu heyranlıqla izlədik.
Sizinlə vidalaşmaq çox çətin idi. Çünki siz sevgini həm verməyi, həm də qəbul etməyi indiyədək görmədiyim şəkildə bacarırsınız. Bu, günlərimizi daha işıqlı etdi və bizə göstərdi ki, ürəyimizi açdıqda əsl möcüzələr baş verir.
Siz bizə sübut etdiniz ki, haradan gəlməyimizdən, nəyə sahib olmağımızdan və ya nəyimizin çatışmamasından asılı olmayaraq, bir-birimizi sevə bilərik.
Fərqli qitədə doğulsanız, başqa mədəniyyətdə yaşasanız və başqa dildə danışsanız belə, sizi artıq öz övladlarım kimi sevirəm. Sizinlə keçirdiyim vaxt mənə bir daha xatırlatdı ki, dünyadakı hər bir uşaq öz övladımız kimi sevilməli və qayğı görməlidir.
Uşaqlar bu dünyaya anaları və ataları vasitəsilə gəlirlər, amma onların xoşbəxtliyi hamımızın məsuliyyətidir.
İvan, Riki, Cozef, Brayton, Keşa, Cojo, Siara və Ketra, özünüz olduğunuz və bizə həyat, sevgi və insanlıq haqqında ən dəyərli dərsləri öyrətdiyiniz üçün təşəkkür edirəm. Sizi həmişə və əbədi olaraq sevəcəyik!", - o qeyd edib.
Xatırladaq ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər "Triplets Ghetto Kids" adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda "Ghetto Kids" dünyaşöhrətli müğənni Şakiranın "Burna Boy" ilə ifa etdiyi "Dai Dai" mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.
Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.














Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrZeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabrRəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
24 sentyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr