18 yaşında universitet professoru oldu - 306 illik rekord

18 yaşında universitet professoru oldu - 306 illik rekordABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb.

Bildirilir ki, Tomas 2023-cü ilin avqustunda Mayami Deyd Kollecində mühəndislik tələbələri üçün "C for Engineers" fənnini tədris etməyə başlayıb. Bununla da o, rəsmi olaraq dünyanın ən gənc kişi universitet professoru adını qazanıb.

Bu rekord əvvəllər 1717-ci ildə 19 yaşında müəllimlik fəaliyyətinə başlayan şotland riyaziyyatçısı Kolin Maklorinə məxsus idi və düz 306 il qüvvədə qalmışdı.

Natan Tomas həmçinin 2008-ci ildə 18 yaş 362 günlüyündə universitet müəllimi olan Aliya Saburun rekordunu da 16 gün qabaqlayıb.

Natan Tomasın təhsil yolu da diqqətçəkicidir. O, cəmi 10 yaşında orta məktəbdə oxumaqla yanaşı, Mayami Deyd Kollecində də dərslərə qatılmağa başlayıb. 14 yaşında isə təhsilini Florida Beynəlxalq Universitetində davam etdirib.

18 yaşına çatanda elektrik mühəndisliyi üzrə həm bakalavr, həm də magistr dərəcələrini fərqlənmə diplomu ilə tamamlayan Tomas daha sonra müəllim kimi fəaliyyətə başlayıb.

"Ginnes"ə açıqlamasında Natan Tomas bildirib ki, müəllimlikdə əsas meyar yaş deyil, bilik və onu başqalarına ötürmək bacarığıdır: "Hər kəs buraya öyrənmək üçün gəlir. Yaşın buna elə də böyük təsiri yoxdur. Mən sadəcə işimi ən yaxşı şəkildə görməyə və tələbələrimə kömək etməyə çalışıram".

O əlavə edib ki, müəllimliyin ən sevdiyi tərəfi tələbələrin çətin görünən mövzunu anladığı anı görməkdir: "Bir anlayışın qəfil mənalı hala gəldiyini görmək böyük məmnunluq verir. Dərs demək insanın özünün də daha çox öyrənməsinə kömək edir".

Hazırda Natan Tomas Mayami Universitetinin Hüquq Məktəbində təhsil alır və eyni zamanda, onlayn universitet kursları keçməyə davam edir. O, gələcəkdə əqli mülkiyyət hüququ kimi elm və texnologiyayönümlü hüquq sahəsində fəaliyyət göstərməyi planlaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 887   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Konqoda Ebola virusundan ölənlərin sayı 1800-ü keçib

Konqo Demokratik Respublikasında Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayı 1801-ə çatıb. Bu barədə dünya mediasına istinadən xəbər verir. Qeyd edilib ki, Ebola virusuna yoluxanların sayı 3973 nəfərdir. Ölüm nisbəti isə 45%-dir. Məlumata görə, 717 nəfər xəstəxanalarda və tibbi təcridxanalardadır

6 avqust
.

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib

4 avqust
.

İnsan heç vaxt işıq sürəti ilə uça bilməyəcək: Fizika buna imkan vermir

İşıq sürətinə çatmaq elmi fantastikanın ən qədim arzularından biridir, lakin fizika bu məqsədə çatmağa heç bir imkan vermir. Qaynarinfo "SpaceDaily" nəşrinə istinadən xəbər verir ki, işıq sürəti ilə hərəkət etmək təkcə kütləsi olan hər hansı obyekt üçün çətin deyil, bu, ümumiyyətlə mümkün deyi

4 avqust
.

MakQreqor əməliyyat olunub

Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı

6 avqust
.

Bu ölkə rekord temperaturlara hazırlaşır

Cənubi Koreyada isti dalğasının Seul bölgəsində pik həddə çatacağı gözlənilir. -ın məlumatına görə, həddindən artıq istilər səbəbindən artıq 20-dən çox insanın öldüyü bildirilir. Cənubi Koreya prezidenti Li Ce Myon isti ilə mübarizə tədbirində bildirib ki, "heç vaxt yaşamadığımız həddindən artı

6 avqust
.

Reuters: "Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib"

Reuters yazır ki, Böyük Britaniya avqustun 6-da Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib. Reuters-ə istinadən xəbər verir ki, yeni məhdudiyyətlər Rusiyanın neft daşımalarında istifadə etdiyi gəmiləri, bir sıra bankları və sənaye müəssisələrini hədəf alır. Britaniya hökumətinin açıqlamasına görə

6 avqust
.

Avropada pensiya yaşı artırılacaq: Hansı ölkələrdə insanlar daha çox işləyəcək?

Avropa İttifaqı ölkələrində 2060-cı illərin sonunadək pensiya yaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Qaynarinfo "Euronews"a istinadən xəbər verir ki, kişilər üçün orta pensiya yaşı 64,7-dən 66,7 yaşa, qadınlar üçün isə 64-dən 66,6 yaşa yüksələcək. Gözlənilir ki, Avropa ölkələrini

4 avqust
.

Putin ordu rəhbərliyində kadr dəyişiklikləri etdi

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşərək bir sıra kadr dəyişiklikləri barədə məlumat verib. xəbər verir ki, dəyişikliklər silahlanma və logistika idarəetmə sisteminə aiddir. "Mərkəz" və "Şərq" hərbi qruplarının yeni komandirləri, eləcə də yen

5 avqust
.

Nigeriya təhlükəsizlik qüvvələri 308 qaçırılmış şəxsi xilas edib

Nigeriya təhlükəsizlik qüvvələri şimal Niger və Kvara əyalətlərində baş verən ayrı-ayrı hücumlarda qaçırılan 308 nəfəri xilas edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Prezident Bola Tinubu əməliyyatı təhlükəsizlik qüvvələri tərəfindən bir gündə həyata keçirilən ə

6 avqust