The Wall Street Journal: "ABŞ kəşfiyyatı Putinin NATO-nu məhdud hücumla sınağa çəkə biləcəyi barədə xəbərdarlıq edir"

The Wall Street Journal: "ABŞ kəşfiyyatı Putinin NATO-nu məhdud hücumla sınağa çəkə biləcəyi barədə xəbərdarlıq edir"ABŞ kəşfiyyat orqanları Rusiya Prezidenti Vladimir Putinin yaxın bir neçə il ərzində NATO-nun birliyini yoxlamaq məqsədilə alyans üzvü olan ölkələrdən birinə məhdudmiqyaslı təxribat xarakterli hücum təşkil edə biləcəyi qənaətinə gəlib. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin yazdığına görə, mümkün ssenarilər arasında kiberhücumlar, tanınma nişanı olmayan silahlı qrupların fəaliyyəti və ya kiçikmiqyaslı sərhəd insidentləri yer alır.

Sonxeber.az The Wall Street Journal-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı hesab edir ki, belə addımların məqsədi NATO-nun kollektiv müdafiə prinsipini və üzv ölkələrin bir-birinə dəstək vermək iradəsini sınaqdan keçirmək ola bilər.

Məqalədə bildirilir ki, bu qiymətləndirmə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Moskvanın Qərblə qarşıdurmasının dərinləşdiyi bir dövrdə hazırlanıb. Ekspertlərin fikrincə, Kreml genişmiqyaslı müharibədən daha çox məhdud təxribatlar vasitəsilə Qərbin reaksiyasını yoxlamağa cəhd göstərə bilər.

Bununla yanaşı, The Wall Street Journal ABŞ-ın Ukrayna və Yaxın Şərqdəki münaqişələr fonunda bəzi yüksək dəqiqlikli sursat ehtiyatlarının azaldığını da qeyd edir. Bununla belə, Pentaqon ABŞ ordusunun bütün mümkün təhlükələrə cavab vermək üçün kifayət qədər imkanlara malik olduğunu bildirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 571   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək

Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind

15 oktyabr
.

Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir

Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək. xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Qeyd edək ki, Böyük Britaniya dünə

14 oktyabr
.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

13 oktyabr
.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr
.

Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib

Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat

14 oktyabr
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın

15 oktyabr