Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.
Belə ki, Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula görə mübahisə ediblər və bu insident ağır cinayətlə yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi yeniyetməyə 7 il 6 ay həbs cəzası verib.
Hadisədən sonra Tunarın atası Etibar bıçaq götürərək həmin istixanaya gedib və işçilərin oradada çalışmamasını tələb edib, onlara obyektin fəaliyyətini boykot etməli olduqlarını deyib. Bu zaman istixananın mühafizəçisi 1984-cü il təvəllüdlü Ziya Cəfərov Tunarın atasına yaxınlaşaraq ərazini tərk etməsini tələb edib. Nəticədə, münaqişə yaranıb və Etibar Məmmədov üzərində gətirdiyi bıçaqla mühafizəçiyə zərbələr endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.5-ci maddələri ilə iş başlanılıb.
Bıçaqlanan mühafizəçi Etibardan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə E.Məmmədova 5 il həbs cəzası verilib.
Fotoda Tunar Məmmədov

Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 534 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustFatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı (VİDEO)
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbayca
11 iyulQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustTovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı
Tovuzda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb. Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb
1 iyulMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyunOğul anasını traktorla vuraraq öldürdü
Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı
19 mayBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustAğstafada DƏHŞƏT: Oğlunu döyəni tutub amansız işgəncə verdilər
Ağstafada gənc oğlan küçədə onu döyən tanışından amansız qisas alıb. -a istinadla xəbər verir ki, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb. İttiham aktına görə, bu işdə ona 54 yaşlı atası və 30 yaşlı əmisi oğlu da kömək ediblər. 20 yaşlı Musa Əzizov (ad və soyad şərtidir) bir neçə gün əvvəl onu döyə
31 iyul