Koxalski "Qarabağ"dan bu kluba transfer olunur
Polşalı qapıçı Mateuş Koxalski "Qarabağ"ı tərk etməyə yaxındır.
Qaynarinfo sportowefakty.wp.pl saytına istinadən xəbər verir ki, qolkiper Ekstraklasa təmsilçisi "Veçista"ya (Krakov) keçir. Bu barədə jurnalist Rafal Gikeviç məlumat yayıb.
Mateuş Koxalski son iki il ərzində "Qarabağ"da çıxış edib. O, 2024-cü ilin yayında "Stal Mieleç"dən Azərbaycan klubuna transfer olunub. Koxalski "Qarabağ"ın heyətində artıq 74 oyuna çıxıb. Ötən mövsüm Çempionlar Liqasında da 10 matç keçirib. Komanda pley-off mərhələsinə yüksəlib və burada "Nyukasl Yunayted"lə qarşılaşıb. Bundan əvvəl polşalı qapıçı "Çelsi", "Liverpul" və "Ayaks" kimi komandalarla da mübarizə aparmaq imkanı əldə edib.
Krakov klubu Ekstraklasanın debütantıdır və mövsümə iki məğlubiyyətlə başlayıb. Klub ilk turda "Radomyak Radom"a 1:2 hesabı ilə uduzub, daha sonra isə eyni hesabla "Lex Poznan"a məğlub olub. Beləliklə, iki turdan sonra komandanın hesabında xal olmayıb. Hazırda komandanın qapısını 21 yaşlı Antoni Mikulko qoruyur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1923 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabrDÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
2026-cı il FIFA Dünya Çempionatı transfer dövrünə də ciddi təsir göstərib. Turnirdə iştirak edən 47 fərqli ölkədən 267 futbolçu mundial başa çatdıqdan sonra klubunu dəyişib. "Qafqazinfo" xəbər verir ki, FIFA-nın 1 iyun-2 sentyabr 2026-cı il tarixlərini əhatə edən hesabatına əsasən, həmin 26
5 sentyabr"Atletiko"nun sabiq futbolçusu Ruben Peres karyerasını başa vurub
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub. xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəl
4 sentyabr"Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı
"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü
6 sentyabrAzərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. Bu barədə -a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib. Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xal
28 avqustAzərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
3 sentyabrNikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy
30 avqust