Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidirABŞ polisi 2026-cı il futbol üzrə dünya çempionatı zamanı özünün və Federal Təhqiqatlar Bürosunun (FTB) qarşılaşdıqları təhdidləri açıqlayıb.

Bu barədə Oxu.Az Marca-ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, daxil olan təhdidlərin sayına görə Argentina millisinin hücumçusu Lionel Messi "rekordçu" olub.

Argentina və İordaniya (3-1) arasında qrup mərhələsi matçından əvvəl bir kişi Dallas hava limanına zəng edərək, əldəqayırma bomba və tüfənglərlə silahlanmış digər iki nəfərlə birlikdə stadiona basqın etməklə hədələyib, konkret olaraq da Messinin adını çəkib və onu öldürmək məqsədindən bəhs edib.

Messi 1/8 finalda Misirlə (3-2) oyundan əvvəl də təhdid alıb.

"Mən Atlantadakı stadiona gedib, bədənimə bərkidilmiş dörd bomba ilə Messini partlatmağa hazırlaşıram", - deyə bir kişi sosial şəbəkədə yazıb.

Bundan əlavə, zəng daxil olub ki, stadionun zibil qutularında üç bomba gizlədilib, lakin itlərlə aparılan axtarış məlumatın yalan olduğunu ortaya çıxarıb.

Təhdidlər, həmçinin Portuqaliya millisinin lideri Kriştianu Ronaldudan da yan keçməyib. FIFA-dan məlumat verilib ki, Portuqaliya milli komandasının qaldığı hoteldə "şübhəli bir kişi" Ronaldunun harada olduğu barədə ətraflı məlumat tələb edib. İki gün sonra həmin kişi Hyuston polisi tərəfindən elə həmin hoteldə həbs edilib. Analoji hadisə Torontoda da baş verib, orada başqa bir kişi Ronaldunun olduğu liftə girməyə cəhd edib.

Argentina-Misir matçının arbitri Fransua Leteksye mesencerlərdən birində 6000-dən çox təhdid alıb. Oxşar hal həmin matçın VAR hakimi Villi Delajonun da başına gəlib. Bu səbəbdən Fransada onların evləri və ailələri üçün təhlükəsizlik tədbirləri gücləndirilib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 256   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Fənərbaxça" belə qalib gəldi - Video

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. "Qafqazinfo" xəbər verir ki, Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda "Şturm Qrats"ı qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasındakı cava

6 avqust
.

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası avqustun 6-dan 9-dək Bakıda təlim-məşq toplanışında olacaq. AFFA-dan -a verilən məlumata görə, UEFA İnkişaf Turnirində iştirak edəcək U-15 avqustun 9-da yarışın təşkil olunacağı Qazaxıstanın Şimkənd şəhərinə yollanacaq. Heyətə dəvət edilən futbolçuları

5 avqust
.

"Qarabağ"la "Sabah" rəqibini tanıyacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. "Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da potensial rəqibini tanıyacaq. Bakı vaxtı ilə saat 14:00-d

3 avqust
.

Tofiq Musayev dünyanın ən güclüləri sırasında - SİYAHI

Məşhur UFC döyüşçümüz Tofiq Musayev yüngül çəki dərəcəsi üzrə yenilənmiş "Meta" reytinqində əhəmiyyətli irəliləyişə nail olub. xəbər verir ki, 36 yaşlı idmançımız hazırda siyahıda 14-cü pillənin sahibidir. İdmançımızın reytinqdəki bu sıçrayışına "UFC Belgrade" turniri çərçivəsind

4 avqust
.

"Qarabağ" bu futbolçusu üçün 2,5 milyon manatlıq təklifi rədd etdi

Brazilyanın "Botafoqo" klubu Azərbaycan təmsilçisi "Qarabağ"da çıxış edən 25 yaşlı Pedro Bikalyonu transfer etmək istəyib. Qaynarinfo xəbər berir ki, bu barədə Braziliyanın "Globo" nəşri yazıb. "Botafogo" "Qarabağ"a 1,5 milyon ABŞ dolları (təxminən 2,

8 avqust
.

"Sumqayıt" - "Neftçi" matçının məkanı dəyişdi

Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" görüşü Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə gör

10 avqust
.

Ronaldonun 30 milyonluq "oyuncaq"ları... - Fotolar

Ulduz futbolçu Kriştianu Ronaldonun paylaşımı diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, lüks avtomobil kolleksiyasının bir qismini "My toys" (Oyuncaqlarım) başlığı ilə paylaşıb. Paylaşıma qısa müddət ərzində 11 milyondan çox bəyənmə, 200 minə yaxın şərh gəlib. Qeyd edək ki, Ronaldonu

5 avqust
.

Fərid Qayıbov: "Üzgüçülük yarışında iştirakçıların sayı 30 faiz artıb"

"Artıq beşinci dəfədir ki, Mingəçevirdə bu yarış keçirilir. Beş ildir davam etməsi onun artıq ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır". xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbo

9 avqust
.

Olimpiya çempionumuza ağır itki

Cüdo üzrə Olimpiya və dünya çempionumuz Zelim Kotsoyevə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, onun atası Oleq Kotsoyev vəfat edib. O, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin!

7 avqust