Fərid Qayıbov: "Üzgüçülük yarışında iştirakçıların sayı 30 faiz artıb"
"Artıq beşinci dəfədir ki, Mingəçevirdə bu yarış keçirilir. Beş ildir davam etməsi onun artıq ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır".
Oxu.Az xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, digər sevindirici məqam iştirakçıların sayının ildən-ilə artmasıdır:
"Ötən il də bunu qeyd etmişdik. Bu dəfə rəqəmlərə nəzər saldım və təxminən 30 faizə yaxın artımın olduğunu gördüm. Bu, kifayət qədər böyük göstəricidir. Təbii ki, bu artım həm Üzgüçülük Federasiyasının, həm də il ərzində bizim tərəfimizdən kütləvi idmanın inkişafı və təbliği istiqamətində görülən işlərin nəticəsidir.
Bizi ən çox sevindirən məqamlardan biri də bu qədər insanın buraya toplaşmasıdır. İştirakçılar müxtəlif şəhər və rayonlardan gəliblər. Təbii ki, Bakıdan gələnlərin sayı daha çoxdur. Yarışın artıq bir ənənəyə çevrilməsi və ildən-ilə daha çox insanı cəlb etməsi bizi çox sevindirir".
"Bütün iştirakçıları təbrik edirəm. Qadın iştirakçıların sayında da artım var. Burada müxtəlif yaş qruplarından insanların yarışdığını görürük. Həm uşaqlar, həm böyüklər, həm də 65 yaşdan yuxarı şəxslər iştirak ediblər. Bu gün Mingəçevirdə əsl idman bayramı yaşandı.
Çalışırıq ki, belə yarışları digər rayon və şəhərlərdə də daha çox keçirək. Dünən Gəncədə artıq ənənəyə çevrilən üzgüçülük yarışlarından biri təşkil olundu. Həm Gəncədə, həm də bu gün Mingəçevirdə çoxsaylı könüllülərin iştirak etdiyini görürük. Onlara da təşəkkür edirəm. Bu cür yarışlarda iştirak etmək könüllülər üçün də yaxşı təcrübə və yeni bacarıqlar qazanmaq baxımından mühüm fürsətdir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı olub.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 167 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq
5 avqustElvin Cəfərquliyevin durumu bəlli oldu
"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin durumu müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçunun MRT yoxlanışının nəticəsi bəlli olub. Onun sağlamlığında hansısa bir problem aşkarlanmayıb. Qeyd edək ki, Elvin hazırda komanda ilə məşqlərini davam etdirir
10 avqust"Sabah"ın potensial rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus"
3 avqustMessidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir
ABŞ polisi 2026-cı il futbol üzrə dünya çempionatı zamanı özünün və Federal Təhqiqatlar Bürosunun (FTB) qarşılaşdıqları təhdidləri açıqlayıb. Bu barədə Marca-ya istinadən xəbər verir. Mənbənin məlumatına görə, daxil olan təhdidlərin sayına görə Argentina millisinin hücumçusu Lionel Messi "rekordçu"
9 avqust"Qalatasaray" Rusiya yığmasının oyunçusunu alır
Türkiyənin "Qalatasaray" klubu Rusiya yığmasının və "Lokomotiv Moskva"nın futbolçusu Aleksey Batrakovun transferi ilə bağlı danışıqlara start verib. xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Safa Kaan Öztürk özünün "X" sosial şəbəkə hesabında paylaşıb
2 avqust"Sabah" basketbol klubu Nik Perkinsi transfer edib
"Sabah" basketbol klubu Nik Perkinsi transfer edib. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. ABŞ-dan olan oyunçu ilə 2 illik müqavilə imzalanıb. 203 sm boya malik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayva
9 avqustQurban Qurbanov: "Uşaq vaxtı "Dinamo Kiyev"ə azarkeşlik etmişəm"
"Mən həmişə rəqibdən yox, özümüzdən narahat olmuşam". xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildiri
5 avqust"Qarabağ" Bakıya məğlub qayıdır - Video-Yenilənib
Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlə
6 avqust