"Netflix" məşhur layihədən İMTİNA ETDİ: Devid Finçerin planı baş tutmadı
Amerikanın striminq platforması "Netflix" Devid Finçerin rejissorluğu ilə çəkilməsi planlaşdırılan "Kalmar oyunu" ("Squid Game") serialının ingilisdilli "spin-off" layihəsindən imtina edib.
Oxu.Az bildirir ki, bu barədə "The Playlist" nəşri xəbər yayıb.
Hələ 2024-cü ilin sonlarında kütləvi informasiya vasitələri Finçerin məşhur serialın "spin-off"u üzərində işləyəcəyini yazırdılar. Layihə ilkin olaraq tammetrajlı film kimi nəzərdə tutulsa da, sonradan onun "Heckler" işçi adı ilə serial formatında hazırlanmasına qərar verilmişdi. Süjetə əsasən, hadisələrin Şimali Amerikada cərəyan etməsi, çəkilişlərin isə Böyük Britaniyada aparılması planlaşdırılırdı.
Məşhur amerikalı aktrisa Keyt Blanşettin "Kalmar oyunu"nun finalında görünməsi bu layihəyə marağı daha da artırmışdı. Serialın yaradıcıları bu fərziyyələri təkzib etsələr də, bir çox tamaşaçı onun qısa rolunu (kameo) oyunların ABŞ-də davam edəcəyinə işarə kimi qəbul etmişdi.
Məqalədə vurğulanır ki, "Netflix" əslində "Kalmar oyunu"nun Amerika versiyasının hazırlanması imkanını ciddi şəkildə nəzərdən keçirirdi. Lakin sonradan striminq platformasının prioritetləri dəyişib.
Nəşrin məlumatına əsasən, rejissor Devid Finçer artıq "Netflix" üçün digər layihələrə, xüsusilə "Kliff Butun macəraları" filminə yönəlib.
Qeyd edək ki, bu ekran işi Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filminin davamıdır. Çəkiliş prosesində Finçerin "Döyüş klubu", "Sosial şəbəkə" və "İtmiş qadın" filmlərində birgə çalışdığı həmkarı Ceff Kronenvet də iştirak edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrZeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabrRəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
24 sentyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr