Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır
Türkiyə hökuməti bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə edilən hücumların intensivləşməsindən narahat olduğu üçün ticarət gəmilərinin Qara dənizə keçidinə məhdudiyyətlər tətbiq edir.
Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi neft və taxıl ixracının ən mühüm mərkəzlərindən biri sayılan Novorossiyskə yollanan bir neçə gəmiyə xəbərdarlıq göndərib. Bildirilib ki, hazırkı vəziyyətdə həmin gəmilərin keçidinə icazə ya ümumiyyətlə verilmir, ya da Dardanel boğazından keçidlə bağlı müraciətlərin dəyərləndirilməsi üçün əlavə vaxt tələb olunur.
Bununla belə, tətbiq edilən məhdudiyyətlərin dəqiq müddəti və əhatə dairəsi hələlik məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 144 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz
Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib. O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərində
8 avqustMacarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib
Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"
9 avqustİspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır
İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri
9 avqustDostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı
Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb
9 avqustABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb. bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyi
9 avqustDünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
İyul ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Əsas ərzaq məhsullarının düny
9 avqustZülqədr: ABŞ-nin siyasəti dəyişməsə, Hörmüz boğazı açılmayacaq
ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib. "Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq", - o bildirib
9 avqust