Gündüz piramidaları ziyarət etmək qadağan olundu

Gündüz piramidaları ziyarət etmək qadağan olunduMisir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub.

Lent.az xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Luksor və Asuanda isə +42 və +45 dərəcəyə çatır.

Bununla əlaqədar ekskursiyaların vaxtına yenidən baxılıb. Yeni qaydalara əsasən, Giza piramidalarını və Luksordakı qədim məzarları ziyarət etmək səhərin erkən saatlarına - saat 10:00-11:00-dək planlaşdırılmalı, yaxud gün batdıqdan sonrakı axşam saatlarına keçirilməlidir.

Ekspertlər bu məhdudiyyətlərin turistlərin sağlamlığını qorumaq məqsədi daşıdığını bildirirlər. Açıq ərazilərdə demək olar ki, kölgə yoxdur, gün ərzində qızan daş səthlər isə istinin təsirini daha da gücləndirir. Günəş altında uzun müddət qalmaq orqanizmin həddindən artıq isinməsinə və günvurmaya səbəb ola bilər.

Məhdudiyyətlər fonunda turist axınının dəniz kurortlarına yönəldiyi bildirilir. Qırmızı dəniz sahilində yerləşən Hurqada, Marsa-Alam, eləcə də Aralıq dənizi sahilindəki İsgəndəriyyə, Əl-Alameyn daha rahat hava şəraiti və günün böyük hissəsini su kənarında keçirmək imkanı ilə turistləri cəlb edir.

Bununla yanaşı, Misirdəki hotellər kondisioner sistemlərindən daha intensiv istifadə etməli olurlar. Bu isə elektrik enerjisinə çəkilən xərclərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.

Misir turizmi üzrə ekspert Fuad əl-Gohari səyahətçilərə gündəlik rejimlərini dəyişməyi və günün ən isti saatlarını qapalı məkanlarda keçirməyi tövsiyə edib. Onun sözlərinə görə, açıq havada müxtəlif fəaliyyətləri axşam saatlarına planlaşdırmaq daha məqsədəuyğundur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 188   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb. Məmurun sözlərin

9 avqust
.

Dostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı

Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb

9 avqust
.

Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı

İyul ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Əsas ərzaq məhsullarının düny

9 avqust
.

SEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"

İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini

9 avqust
.

Fidan: "Türkiyə Ukrayna münaqişəsi tərəflərinə döyüşlərə moratorium təklif edib"

"Türkiyə Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı təklif göndərib". xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib. "Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağ

9 avqust
.

Fidan Qafqaz ölkələri ilə də Məkkə sazişinə oxşar anlaşmanın imzalanması ehtimalını istisna etməyib

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib. "Türkiyəni

9 avqust
.

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad

9 avqust
.

Kavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz

Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib. O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərində

8 avqust
.

ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq

ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədənçıxarma şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib

9 avqust