Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?1996-cı ildə Las-Veqasda amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra cinayəti planlaşdırmaqda ittiham olunan keçmiş dəstə lideri Dueyn "Keffi Di" Devisin məhkəməsi başlayıb.

"Qafqazinfo" xəbər verir ki, 63 yaşlı Devis Şakurun ölümü ilə bağlı ona qarşı irəli sürülən "cinayətkar təşkilatı dəstəkləmək, təşviq etmək və ya kömək etmək niyyəti ilə ölümcül silahla qətl" ittihamını rədd edir.

Məhkəmə prosesi Las-Veqasdakı Klark Rayon Məhkəməsində münsiflər heyətinin seçilməsi ilə başlayıb. Prosesin təxminən bir ay davam edəcəyi gözlənilir.

Tupak Şakur 1996-cı il sentyabrın 7-də gecə saatlarında musiqi prodüseri Marion "Suq" Nayt ilə birlikdə "BMW"də hərəkət edərkən hücuma məruz qalıb.

Avtomobil işıqforda dayanarkən ağ rəngli "Cadillac" onların yanında saxlanılıb. Avtomobildəki şəxslərdən biri Tupaka bir neçə dəfə atəş açıb.

"Suq" Nayt hücumdan sağ çıxsa da, ağır yaralanan Tupak altı gün sonra xəstəxanada vəfat edib. O zaman reperin cəmi 25 yaşı var idi.

Qətl uzun illər ərzində açılmamış cinayət olaraq qalıb. İş 2019-cu ildə Devisin nəşr olunan xatirələrində hadisə gecəsi ilə bağlı verdiyi açıqlamalardan sonra yenidən gündəmə gəlib. O, 2023-cü ildə həbs edilib.

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?İttiham tərəfi Devisin Tupak Şakura birbaşa atəş açdığını iddia etmir. Prokurorlar onun hücumu təşkil etdiyini, qərarların verilməsində rol oynadığını və qətldə istifadə olunan silahı təmin etdiyini sübut etməyə çalışacaqlar.

Devis öz kitabında hücum gecəsi tanışından tapança aldığını və silahı "Cadillac"ın arxa oturacağına qoyduğunu yazır. Lakin ölümcül atəşi kimin açdığını açıqlamayıb.

Devisin qardaşı oğlu Orlando "Beybi Leyn" Anderson uzun illər Tupakın qətlində əsas şübhəlilərdən biri hesab edilib. Lakin o, heç vaxt bu cinayətlə bağlı məsuliyyətə cəlb olunmayıb. Anderson Tupakın ölümündən iki il sonra Komptonda baş verən başqa bir dəstə atışmasında öldürülüb.

Həmin gecə Devis və Andersonla birlikdə Deandra "Freaki" Smit və Terri "Babl Ap" Braun da avtomobildə olub. Onların hər ikisi sonradan vəfat edib.

Prokurorluğun məhkəmə zamanı 35-45 şahidi dindirməsi gözlənilir. Şahidlər arasında hücumdan əvvəl Tupakı görən şəxslər, reperə və Devisə yaxın insanlar, həmçinin Şakurun ailə üzvləri var.

Keçmiş Las-Veqas meri Oskar Qudman da potensial şahidlər siyahısındadır.

Məhkəmədə ifadə verə biləcək şəxslərdən biri də "South Side Crips" dəstəsi ilə əlaqəli olduğu bildirilən Denvonta Lidir.

Qətl gecəsi Tupakla eyni avtomobildə olan "Suq" Nayt da potensial şahidlərdən biridir.

Nayt hazırda Komptonda bir şəxsin öldürülməsi ilə bağlı 28 illik həbs cəzası çəkir. O, əvvəlcə Devisin işi üzrə ifadə verməyəcəyini bildirsə də, həmin gecə hadisədə iştirak edən iki avtomobildən sağ qalan yeganə şəxs olması səbəbindən onun ifadəsi mühüm əhəmiyyət daşıya bilər.

Tupak Şakurun qətli ilə bağlı məhkəmə sənədlərində amerikalı musiqi prodüseri Şon "Diddi" Kombsun adı da keçir.

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?Devis öz kitabında "Diddi"nin "Suq" Naytı hədəfə aldığını və Tupak Şakurun öldürülməsi üçün pul təklif etdiyini iddia edib. Lakin "Diddi" uzun illərdir Tupakın qətlində hər hansı rolunun olduğunu inkar edir. O, məhkəmədə şahid siyahısına daxil edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 638   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

Serenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda

Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ

29 sentyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr