Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi

Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdiƏməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana onun indiki gəlini Aysel barədə polisə şikayət edib.

Canana Axşam.az-a açıqlamasında Ayselin sosial şəbəkələrdə saxta profillərlə ona və övladlarına qarşı təhqiramiz ifadələr yazdığını iddia edib. O bildirib ki, Aysel ona vatsapp vasitəsilə də eyni xoşagəlməz mesajları göndərib:

"Başımı aşağı salıb, uşaqlarımı böyüdürəm. Dəfələrlə Mətanət xanıma, keçmiş ərimə dedim ki, bunları yığışdırın. Övladımı təhqir edə bilər? Övladıma, anamın ünvanına söyüş söyən şəxsi qanun qarşısında cəzalandıracağam. Xəbərdarlıq etdim, amma yenə bildiyini etdi. Əlimdə sübutlar var. 27-ci polis bölməsinə bütün sübutları vermişəm. İşə baxılmadı, yenidən baxılması üçün müraciət etdim.

Uşaqlarım təhqir edilib, anamın qəbrinə, özümə qarşı təhqiramiz ifadələr işlədilib. Sosial şəbəkədə saxta adlarla qeydiyyatdan keçib, mənə nə gəldi yazıb. Onu "qara siyahı"ya atmışam. Eyni sözləri vatsapda da yazdığına görə, bilirəm ki, bunu edən odur. Mənə "yetimçələrini götür" deyib. Övladlarıma necə "yetim" deyə bilərsən? Onun anası da var, atası da, nənəsi də".

Canana bildirib ki, keçmiş həyat yoldaşı Kərimin hazırki xanımı əvvəl onun övladlarına yaxşı baxıb:

"Əvvəl münasibəti yaxşı idi, sonra övladlarıma qarşı tamam dəyişdi. Mətanət xanımın da bundan xəbəri var. Sonuncu dəfə onun konsertində olanda söz verdim ki, mənim üçün artıq yoxsunuz. Amma övladlarım üçün onlar var. Mən uşaqlarım o evdə qalsın deyə hər şeydən imtina etdim. 350 min puldan imtina etdim ki, uşaqlarım istəyən olsun. Aliment də almıram. Uşaqlar istəyəndə mənim, istəyəndə Mətanət xanımın yanına gedirlər".

Qeyd edək ki, Kərim bir neçə il əvvəl Cananadan boşanıb. Onların bu evlilikdən 3 övladı var. Kərim hazırda Aysel adlı xanımla ailəlidir və onların 2 övladı var.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 904   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Evliliyin ikinci ili

41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü

28 sentyabr
.

Serenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda

Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ

29 sentyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr