"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar"
"İndiki zamanda 50 yaşa çatmaq asan deyil. 50 yaşım var və belə gözələm. Yaşımı gizlətmirəm. Yaş ötdükcə insan həyatı anlayır. Həmişəki kimi uşaqxasiyyətli, zarafatcıl Fədayəyəm. Zarafatla deyirəm ki, 50 yaş 2 aylığındayam. Moskvada idim, ad günümü tək qeyd etdim. Düşündüm ki, Azərbaycana gələrəm, burada dostlarımı yığıb ad günü edərəm".
Bu sözləri müğənni Fədayə Laçın Axşam.az-a açıqlamasında deyib. Sənətçi ilk dəfə belə böyük ad günü keçirdiyini bildirib:
"Mənim üçün ad günü önəmli deyil. Amma bu dəfə dostlarımı bir araya yığmaq istədim. Həyatda heç səhvim olmayıb (gülür). Səhvsiz insan yoxdur. Böyük səhv odur ki, kiməsə pislik edəsən, ev yıxasan. Mənim isə bilərəkdən bunu etdiyim olmayıb. Adi səhvlərim o qədərdir... Keçmişimə qayıtmaq istəmirəm. O qədər insanlar var ki, onları həyatımdan silərdim. Ad günümə dəvət etdiyim hamı mənə əzizdir".
F.Laçın duet ortağı Tacir Şahmalıoğlu və bacısı İlahə Fəda arasındakı qalmaqaldan danışıb:
"Onlar arasında nə olub, bilmirəm. Bacım mənə görə əsəbiləşmişdi. Mən də mehribanlıq olsun istəyirəm. İstəyirəm problem olmasın. Mənə görə dalaşmasınlar".
Oğlu Əlhəmdən danışan ifaçı "Oğlumu evləndirmək istəyirəm. Amma belə fikrimiz yoxdur. Əlhəm məndən ağıllıdır. Evlənmək işini ona buraxmışam. Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar. Burax mənə, gec olsun, uğurlu olsun. Ona inanıram, ona buraxmışam" sözlərini bildirib.
Rusiyadakı həyatından bəhs edən sənətçi "Gözə gəlirəm. Evim, biznesim, heç nəyim yoxdur. Restoran götürdüm, işlədə bilmədim. Mənə orada toy daha çoxdur" sözlərini əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrZeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrSerenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabrRəqsanə İsmayılovaya ağır itki
Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların
24 sentyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr