Ay Günəşi "söndürdü"... - Fotolar - Video

Ay Günəşi "söndürdü"... - Fotolar - VideoAvropanın bəzi bölgələrində nadir astronomik hadisə müşahidə olunub. Tam Günəş tutulması milyonlarla insanı İslandiya və İspaniyada küçələrə, müşahidə məntəqələrinə və sahillərə çıxarıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Ayın Günəşlə Yer arasına keçərək Günəşin diskini tamamilə örtməsi ilə baş verib.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 19:34-dən 23:57-dək davam edib. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.

Tam tutulmanın müşahidə olunduğu ərazilərdə gündüz vaxtı səma qaranlığa bürünüb və Ayın kölgəsi ətrafı əhatə edib.

Tutulma xüsusilə İspaniyada böyük maraqla qarşılanıb. Ölkənin materik hissəsində bu, 1905-ci ildən bəri ilk tam Günəş tutulması olub.

İspaniyanın müxtəlif şəhərlərində insanlar xüsusi qoruyucu eynəklərlə səmanı izləyib. Bəzi müşahidə məntəqələrində tutulmanın tam mərhələsinə çatması alqışlarla qarşılanıb.

İslandiyada da minlərlə insan nadir səma hadisəsini izləmək üçün müxtəlif bölgələrə toplaşıb.

Tam tutulma zolağından kənarda qalan ərazilərdə isə Günəş tutulması qismən müşahidə olunub.

Məlumata görə, Berlində Günəşin təxminən 85 faizi, Parisdə isə 92 faizi Ay tərəfindən örtülüb. Londonda və Avropanın digər şəhərlərində də insanlar xüsusi eynəklərdən istifadə edərək hadisəni izləyiblər.

ABŞ-nin bəzi bölgələrində də qismən tutulma müşahidə olunub. Nyu-Yorkda Günəşin təxminən 9 faizi, Filadelfiyada isə 7 faizi örtülüb.

Astronomiya həvəskarları növbəti möhtəşəm hadisə üçün uzun müddət gözləməli olmayacaq. 2 avqust 2027-ci ildə tam Günəş tutulması Cənubi İspaniya, Şimali Afrika, Səudiyyə Ərəbistanı və Yəmən ərazilərindən müşahidə ediləcək.

Bu tutulmanın ən diqqətçəkən xüsusiyyətlərindən biri tamlıq mərhələsinin 6 dəqiqədən çox davam etməsi olacaq.

ABŞ-də isə tam Günəş tutulmasını görmək üçün daha uzun gözləmək lazım gələcək. Ölkədə növbəti tam tutulma 22 avqust 2044-cü ildə baş verəcək və tamlıq, əsasən, Şimali Dakota və Montana ştatlarında müşahidə olunacaq.

Ay Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - VideoAy Günəşi "söndürdü"... - Fotolar - Video


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 383   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Estoniya parlamentinin onlarla üzvü hökumətə etimadsızlıq səsverməsini imzalayıb

Dövlət televiziyası ERR- in məlumatına görə, Estoniya müxalifəti Baş nazir Kristen Mixalın hökumətinə qarşı parlamentə etimadsızlıq səsverməsi təqdim edib. xəbər verir ki, təşəbbüsü Mərkəz Partiyası İsamaa və Mühafizəkar Xalq Partiyasından (EKRE) 33 Riigikogu üzvü, eləcə də doqquz müstəqil parlamentar

14 oktyabr
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15 oktyabr
.

Ukrayna müharibəsində Ukrayna özü günahkardır? - Tusk Trampa eyham vurdu

Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır. "AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Düny

13 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13 oktyabr