Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdı

Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdıKolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 281-ə yüksəlib. Təbii fəlakət nəticəsində minlərlə insan yaralanıb, yüzlərlə şəxsin taleyi isə hələ də məlum deyil.

"Qafqazinfo" xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella mətbuat konfransında axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfər isə itkin düşüb.

Prezident əsas prioritetin dağıntılar altında qalan insanların xilas edilməsi olduğunu vurğulayıb.

"Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Həmçinin yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin düşənlərlədir", - deyə De la Espriella bildirib.

De la Espriellanın sözlərinə görə, zəlzələ nəticəsində 127 bina dağılıb, 65 841 ev zədələnib, 10 677 ev isə tamamilə dağılıb.

Ölkədə zəlzələdə həyatını itirənlərin xatirəsinə üç günlük ümummilli matəm elan edilib.

Fəlakətdən ən çox zərər çəkən şəhərlərdən biri olan Pereirada Prezident De la Espriella evlərini itirən ailələrə kirayə yardımı göstəriləcəyini açıqlayıb.

Kolumbiyada avqustun 7-də vəzifəyə başlayan Prezident zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması üçün xilasetmə və yardım işlərinin davam etdiriləcəyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 248   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin Rıbalskoye yaşayış məntəqəsi üzərində tam nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib

15 avqust
.

İki nəfərin ölümü ilə nəticələnən qəzadan sonra ABŞ-də "Apache" uçuşları dayandırıldı

ABŞ Quru Qoşunları Texas ştatında baş vermiş qəza ilə əlaqədar olaraq "AH-64 Apache" helikopterlərinin təlim uçuşlarının dayandırıldığını elan edib. xəbər verir ki, yayımlanan rəsmi açıqlamaya əsasən, ABŞ Quru Qoşunlarının komandanlığı qəzanın yaranma səbəbləri tam aydınlaşana qədər "AH-6

15 avqust
.

Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub

Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindək

15 avqust
.

"Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur

Ukrayna qüvvələri avqustun 15-nə keçən gecə Samarada "Soyuz" raketləri istehsal edən "Proqress" raket-kosmik mərkəzinə (RKM) zərbə endirmiş ola bilər. "Report" xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb. Portalın məlumatına görə, yerli sakinlər Samar

15 avqust
.

Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə havaya qalxdı

İsveçin "Heart Aerospace" şirkəti tərəfindən yaradılan eksperimental X1 təyyarəsi Nyu-Yorkdakı Plattsburq Beynəlxalq Hava Limanından havaya qalxıb. Pilotlu təyyarə havada təxminən 27 dəqiqə qalıb və yerdən 335 metr yüksəkliyə çatıb. xəbər verir ki, X1-in təsirli qanad açılması 32 metrdir. Təyyarəni

15 avqust
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

13 avqust
.

Türkiyə öz nüvə texnologiyalarını inkişaf etdirmək niyyətindədir

Türkiyə nüvə proqramını genişləndirərkən nüvə enerjisi texnologiyalarını müstəqil şəkildə inkişaf etdirə və tətbiq edə bilən bir ölkə olmağı hədəfləyir. xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Bayraktar kiçik modul reaktorları (SMR) nüvə enerjisinin "ikinc

14 avqust
.

Cənubi Koreyada bir gündə 11 diş implantı qoyulan 75 yaşlı qadın öldü

Cənubi Koreyada eyni gündə 11 diş implantı qoyulan pasiyent ona vurulan anesteziya dozasının normanı aşması nəticəsində həyatını itirib. -a istinadən xəbər verir ki, Seulda çoxsaylı diş implantlarının qoyulması prosedurundan sonra dünyasını dəyişən 75 yaşlı qadının ölümü ilə bağlı araşdırma aparılır

15 avqust
.

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla

15 avqust