Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər.
"Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminən 160 kilometr məsafədə böyüyüblər.
Onlar bir-birlərindən xəbərsiz şəkildə yaşasalar da, 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün keçirilən tədbirdə tanış olublar.
İlk görüşdən sonra aralarında güclü bağ yaranıb. Bir-birlərinə fiziki cəhətdən bənzəyən Mina və Minal yaxın dost olublar və yazışmalarında zarafatla bir-birlərinə "bacı" deyiblər. Lakin zaman keçdikcə əlaqələri kəsilib və onlar təxminən 15 il bir-birlərini görməyiblər.
İllər sonra yenidən əlaqə saxlayan qadınlar bu dəfə doğmalıqlarının əsl səbəbini öyrənmək üçün DNT testi keçiriblər.
Apreldə aparılan testin nəticələri onların bioloji bacı olduqlarını təsdiqləyib.
Fransada yaşayan Minal Tayssen telefonuna gələn bildirişdə "bacı" sözünü gördükdə əvvəlcə böyük təəccüb yaşadığını bildirib. Daha sonra sosial şəbəkələrdəki şəkillərə baxaraq, nəticənin illər əvvəl tanış olduğu uşaqlıq dostu Mina ilə bağlı olduğunu anlayıb.
Həqiqəti öyrəndikdən sonra Mina və Minal münasibətlərini daha da möhkəmləndiriblər. Mina bu görüşün həyatında itkin olan bir hissəni tamamladığını bildirib.
"Səni görəndə özümü evdəki kimi hiss edirəm", - deyə Mina bacısına müraciətlə bildirib.
Doğum qeydləri ilə bağlı məlumatları olmayan iki qadın bioloji bacı olduqlarını öyrəndikdən sonra hər gün əlaqə saxladıqlarını bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 122 Tarix: 14 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenski ABŞ-yə göndərməyə adam tapmır
Volodimir Zelenski Ukraynanın ABŞ-dəki səfirliyinə rəhbərlik edə biləcək kifayət qədər nüfuza malik şəxs tapmağa çalışsa da, bu cəhdləri hələ ki nəticəsiz qalır. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Zelenski sabiq baş nazir Yuliya Sviridenkon
14 avqustLivanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları
11 avqustBu payız 7 məşhur turizm məkanına getmək məsləhət görülmür: Səbəblər nədir?
Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər. Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanları
12 avqustİsrailli məskunlar Fələstin şirin su mənbələrini ələ keçiriblər
İsti yay günündə İsrailli köçkünlər su oğurluğu ilə bağlı çoxsaylı hadisələrdən biri olan Fələstin tarlalarının suvarılmasından gələn su ilə dolu Qərb Sahilindəki hovuzda sərinləyiblər. xəbər verir ki, bu bulaq, münbit İordaniya vadisində yerləşən yaxınlıqdakı Fələstin kəndi Fəsail üçün həyati əhəmiyyətl
14 avqustAlmaniyada isti hava səbəbindən 12500 nəfər ölüb
2026-cı ildə Almaniyada həddindən artıq istilərin təsiri səbəbindən təxminən 12 500 insan ölüb. xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin bir hissəsi olan Robert Kox İnstitutu hesabat dərc edib. Bu, 2026-cı ildə istidən adi ilə nisbətən xeyli çox insanın öldüyünü göstərir. Son 10 ildək
13 avqustİspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir
İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın
11 avqustAğ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13 avqustƏrimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər
Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf
14 avqustRusiya bir neçə yüz min insanı səfərbər etməyə hazırlaşır
"Rusiyanın səfərbərliyə hazırlıqları ilə bağlı hərbi kəşfiyyat hesabatı alınıb. Hər şey Rusiyanın daxili sənədləri ilə təsdiqlənir: onlar buna payızda, saxta parlament seçkilərindən dərhal sonra hazırlaşırlar". xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Puti
12 avqust