Alimlər bəşəriyyət üçün yeni bir təhlükə aşkar etdilər
Demək olar ki, bütün dünyada tərəvəz bazarlarında məhsul çeşidləri azalır və piştaxtalar getdikcə daha monoton görünür.
Sonxeber.az xəbər verir ki, bu qənaətə Dünya Tərəvəz Mərkəzinin alimləri gəlib. Mütəxəssislər hesab edirlər ki, tərəvəz biomüxtəlifliyinin azalması bəşəriyyət üçün ciddi problem yarada bilər.
"Focus" yazır ki, bu gün insanların istehlak etdiyi tərəvəzlərin əksəriyyəti təxminən 12 min il əvvəl, Neolit İnqilabı dövründə insanların seçmə yolu ilə becərməyə başladığı vəhşi bitkilərin əhliləşdirilmiş formalarından yaranıb. Lakin sənayeləşmiş kənd təsərrüfatı, mədəni homogenləşmə və qloballaşan təchizat zəncirləri son illərdə tərəvəz müxtəlifliyinin daha da azalmasına səbəb olub.
Alimlərin sözlərinə görə, ənənəvi tərəvəz sortları və onların vəhşi qohumları populyarlığını itirir. Nəticədə supermarketlərdə və bazarlarda daha az sayda tərəvəz növünə rast gəlinir. Bu da insanların istifadəsində olan tərəvəz çeşidinin dünya üzrə əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.
Hazırda dünyada 1480-dən çox yeməli tərəvəz növünün olduğu bildirilir. Lakin onların böyük əksəriyyəti kifayət qədər istifadə olunmur və geniş tələbat görmür. Məsələn, yerkökü, kartof və soğan dünyanın bir çox ölkəsində geniş istehlak edilsə də, qanadlı lobya (Psophocarpus tetragonolobus) və geylan, yəni Çin brokolisi kimi tərəvəzlər daha az tanınır və istifadə olunur.
Dünya Tərəvəz Mərkəzinin alimləri hesab edirlər ki, bu tendensiya insan sağlamlığı üçün də risk yarada bilər. Onların fikrincə, istehlak edilən tərəvəzlərin çeşidinin məhdudlaşması insanların qida rasionunun və qəbul etdiyi faydalı maddələrin də azalmasına səbəb ola bilər.
Tədqiqatın aparıcı müəllifi Dr. Maarten van Zonneveldin sözlərinə görə, problemin həlli yalnız daha çox tərəvəz yetişdirməkdən ibarət deyil. Əsas məqsəd daha çox tərəvəz növünün yetişdirilməsini və istehlakını təşviq etməkdir.
Alim qeyd edib ki, zəruri bitki biomüxtəlifliyinin böyük hissəsi hələ də ənənəvi sortlarda və onların vəhşi qohumlarında qorunub saxlanılır. Bu səbəbdən həmin genetik müxtəlifliyin qorunması və gələcək nəsillərə ötürülməsi üçün təcili tədbirlərin görülməsi vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video