"Reuters": İspaniya hökumətinə Seutaya kütləvi miqrant axını barədə xəbərdarlıq edilmişdi
İspaniya hökuməti Seutaya kütləvi miqrant axınından bir neçə həftə əvvəl dəniz yolu ilə gələnlərin sayının kəskin artmasının mümkünlüyü barədə xəbərdar edilsə də, lazımi tədbirlər görməyib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sərhəd xidmətinin əməkdaşları və onları təmsil edən həmkarlar ittifaqları İspaniyanın mərkəzi hökumətini sosial şəbəkələrdəki paylaşımlardan ilhamlanan miqrantların sayının getdikcə artması barədə xəbərdar edib və təcili tədbirlər görməyə çağırıblar.
Agentliyin məlumatına görə, İspaniya məhkəməsinin fiziki maneəni keçən miqrantların dərhal geri qaytarılmasına icazə verən 29 iyun tarixli qərarı Seutaya üzərək keçmək cəhdlərinin sayının artmasına səbəb olub. Sonradan sosial şəbəkələrdə miqrantların Seutaya uğurla daxil olmasını əks etdirən videolar da yayılıb.
"Reuters" qeyd edib ki, İspaniya hakimiyyəti kütləvi miqrant axınını sosial şəbəkələrdə Ali Məhkəmənin qərarı ilə bağlı yanlış məlumatların yayılması ilə izah edib. Xüsusilə guya dəniz yolu ilə Seutaya gəldikdən sonra miqrantların İspaniyada maneəsiz şəkildə qala biləcəyi iddia olunurdu. Lakin məhkəmənin qərarı yalnız onların xüsusi prosedur çərçivəsində dərhal geri qaytarılmasını qadağan edirdi və qanunla nəzərdə tutulmuş digər prosedurlar vasitəsilə sonradan ölkədən çıxarılmasını istisna etmirdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 174 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsində son vaxtlar İsrail qüvvələrinə hücumlar edən HƏMAS-ın bölük komandirini öldürüb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib. Məlumata görə, zərbə avqustu
16 avqustFransada quraqlıq yanacaq probleminə səbəb oldu
Avropada quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi Fransanın şərqindəki yanacaqdoldurma məntəqələrinə çay yolu ilə yanacaq tədarükündə problemlərə səbəb olub. "Figaro" qəzetinə istinadən xəbər verir ki, quraqlıq Reyn çayında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub
16 avqustİran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iyul ayında Tehranda saxlanılan iki Fransa diplomatının ölkə vətəndaşları ilə gizli təmaslar qurduğunu bildirib. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Qurumun versiyasına görə, ələ keçirilən sənədlər Fransanın İran daxilində və xaricind
16 avqustABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR
ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla
15 avqustQoca kişi yataq xəstəsi olan arvadını öldürdü
Türkiyədə qoca kişi yataq xəstəsi olan 68 yaşlı arvadı A. C-ni bıçaqlayaraq öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardin bölgəsinin Nusaybin rayonunda qeydə alınıb. S.C. ilə yataq xəstəsi olan həyat yoldaşı A.C arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonr
16 avqust