Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Dünyanın fərqli bölgələrindəki müharibələrin insanlarımızın həyatına necə təsir etdiyini dərindən dərk edirik. Öz ərazimizdə baş verəcək münaqişə və gərginliyin nəticəsi isə qat-qat ağır olar", - deyə Li Çje Myon diqqətə çatdırıb.
O qeyd edib ki, hələ 2025-ci ildə Şimali Koreyanın mövcud sisteminə hörmət etməyə və yarımadanı udulma yolu ilə birləşdirməyə çalışmamağa hazır olduğunu vurğulayıb. Həmin vaxt Li Çje Myon Seulun Pxenyana qarşı düşmənçilik niyyətində olmadığını diqqətə çatdırmışdı.
İndi isə Cənubi Koreya rəhbəri öz siyasi mövqeyini daha geniş şəkildə şərh edib.
"Ən əsası, biz qarşılıqlı hörmət və dözümlülük prinsiplərinə söykənərək sülh içində yaşamağa cəhd göstərməliyik. Öz daxili qaydalarımızdan, təsisatlarımızdan və yanaşmalarımızdan yola çıxaraq, aqressiyanı azaltmağa səy göstərməliyik", - deyə Koreya Respublikasının lideri vurğulayıb.
"İnanıram ki, Şimal və Cənub ortaq rifah və sülh şəraitində birgə yaşayış naminə eyni masa ətrafında toplana biləcək", - deyə Li Çje Myon fikirlərinə əlavə edib. Onun qənaətinə görə, həyata keçiriləcək danışıqlar prosesi "güzəştə getmək deyil, dinc yanaşı yaşamağın təməli" hesab olunacaq.
"Sülhə əsaslanan birgə yaşayış sistemi möhkəm olmalı və hər cür qarşıdurma motivlərindən təmizlənməlidir", - deyə o qeyd edib.
Li Çje Myon bildirib ki, bu məqsədə çatmaq üçün gərginlik və münaqişələri önləyəcək təsirli mexanizmlər yaradılmalıdır. 19 sentyabr 2018-ci ildə əldə olunmuş gərginliyin azaldılması ilə bağlı hərbi sazişin hazırda hər iki tərəfdən müəyyən dərəcədə yerinə yetirilmədiyi məlumdur.
O, həmçinin Koreya müharibəsini (1950-1953) dayandıran atəşkəs rejiminin əvəzinə yarımadada əhatəli "sülh sisteminin" yaradılmasını təklif edib.
"Şimalın buna müsbət cavab verməsi Koreya yarımadasında dayanıqlı sabitliyin təmin edilməsi yönündə addımlar atmağımıza şərait yaradacaq", - deyə Li Çje Myon bildirib. Regiondakı mövcud vəziyyətin bütövlükdə Şimal-Şərqi Asiya coğrafiyasına təsir etdiyini deyən rəhbər vurğulayıb ki, burada sülhün əldə olunması "qlobal miqyasda nüvə silahlarından imtina edilməsinə" zəmin yaradacaq.
Şimali Koreya tərəfi isə ölkənin nüvə statusunun heç bir halda müzakirə edilməyəcəyini dəfələrlə açıqlayıb.
Xatırladaq ki, 1945-ci ildə Yapon işğalından qurtuluş günü həm Şimali, həm də Cənubi Koreyada rəsmi şəkildə qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 179 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021