Meqan Markla qarşı CİDDİ İTTİHAM: "Kral ailəsi ilə pul naminə barışır"
Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası, aktrisa Meqan Markl Britaniya Kralı III Çarlzla münasibətləri pul naminə bərpa etməkdə ittiham olunub.
Oxu.Az express.co.uk-a istinadən xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert və bioqraf Angela Levin səsləndirib.
O, Meqanın hərəkətlərində şəxsi maraq güddüyünü iddia edib.
İyul ayında Meqan Markl, Sasseks hersoqu Harri və onların övladları şahzadə Arçi və şahzadə Lilibet kral ailəsi ilə bağlı qalmaqallı müsahibələrdən sonra ilk dəfə sarayda olublar. Səfərin sonuncu günü Harri ilə görüşmək üçün uşaqları və həyat yoldaşı onun yanına gələrək III Çarlz və kraliça Kamilla ilə görüşüblər. Onların söhbətinin təfərrüatı gizli saxlanılıb.
Bundan sonra mediada şahzadə Harrinin atası ilə daha bir görüşü səbirsizliklə gözlədiyi barədə xəbərlər yayılıb.
"Bu, arzuolunan barışıq deyil. Bu, pul, hakimiyyət və Meqanın istədiyi hər şeyi əldə etmək üsuludur", - deyə ekspert bildirib.
Levinin sözlərinə görə, Harri həyat yoldaşının karyerasına kömək etmək üçün kral ailəsi ilə münasibətləri bərpa edir. Görünür, o, III Çarlzın 2027-ci ildə keçiriləcək "Invictus Games"də onunla birlikdə iştirak etməsini istəyir.
"Kralın "Invictus Games"də iştirakı onların bütün çətinlikləri geridə qoyduqlarının və birlikdə irəliləməyə hazır olduqlarının güclü simvoluna çevrilərdi", - deyə o izah edib.
Xatırladaq ki, 2020-ci ildə şahzadə Harri və Meqan Markl yeni həyata başlamaq üçün kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək Kaliforniyaya köçüblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 290 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabrPakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub
Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabr