Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib.
"Report" xəbər verir ki, XİN rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Hörmüz Boğazı "X"də paylaşımlar, təyyarə gəmiləri, əmrlər və ya seçki çıxışları ilə ələ keçirilə bilməz. İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur", - o yazıb.
K.Qəribabadi Donald Trampa xitabən ABŞ-nin İrana qarşı müharibədə strateji və ağır məğlubiyyətlərini etiraf etməli olduğunu vurğulayıb.
"Hörmüz boğazı İrana məxsus idi, İrana məxsusdur və İrana məxsus olacaq. Bu boğaz yalnız İranın əmri ilə açılıb bağlanacaq və siz əsl məğlubiyyəti qəbul edib xəyallarınızdan əl çəkmədiyiniz müddətdə İran (Hörmüz boğazına) blokada tətbiqinə davam edəcək", - o vurğulayıb.
ABŞ lideri Donald Tramp dünən ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam blokada tətbiq etdiyini bildirib. "İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm", - Ağ Ev rəhbəri deyib.
İran rəsmiləri ABŞ-nin Hörmüz boğazına mütəmadi müdaxilələri, dəniz blokadası, 17 iyunda Tehranla Vaşinqton arasında imzalanmış müqavilənin tələblərini yerinə yetirilməyəcəyi təqdirdə Hörmüz boğazının açılmayacağını bildiriblər.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduğunu və bu nəzarəti qoruyub saxlaya biləcəyinə inandığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 113 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu
Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan
16 avqustUşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14 avqustƏrimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər
Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf
14 avqustZelenski ABŞ-yə göndərməyə adam tapmır
Volodimir Zelenski Ukraynanın ABŞ-dəki səfirliyinə rəhbərlik edə biləcək kifayət qədər nüfuza malik şəxs tapmağa çalışsa da, bu cəhdləri hələ ki nəticəsiz qalır. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Zelenski sabiq baş nazir Yuliya Sviridenkon
14 avqustAlmaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi
16 avqustİsveçrədə görünməmiş quraqlıq: Suyun istifadəsinə limitlər qoyuldu
İsveçrənin bir sıra kantonlarında kəskin istilər və quraqlıq səbəbindən suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunmağa başlanıb. xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb. Müxtəlif kantonlarda fərqli qadağalar qüvvəyə minib. Məsələn, Arqau bölgəsində qazonların sulanması, hovuzları
15 avqust