Silahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü
Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumata görə, Bişkin evdə olduğu vaxt tapança ilə oynamağa başlayıb. Bu zaman silahın qəfil atəş açması nəticəsində yeniyetmə qarnından yaralanaraq yerə yıxılıb.
Silah səsini eşidən qonşular təcili yardım çağırıb. Hadisə yerinə gələn tibbi briqada ağır yaralanan Bişkinə ilkin yardım göstərərək onu Tire Dövlət Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan yeniyetmə daha sonra İzmir Şəhər Xəstəxanasına köçürülüb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis silahın təsadüfən atəş açıb-açmadığını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. İstintaq çərçivəsində hadisə zamanı Bişkinin yanında olduğu müəyyən edilən 16 yaşlı Ç.K. saxlanılıb.
Məhkəməyə çıxarılan Ç.K. barəsində həbs qərarı verilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 138 Tarix: 19 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı
Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild
16 avqustÖvladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ
Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı. "Məsələ ilə bağl
18 avqustŞəhərin mərkəzində avtobus yandı - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlər tərəfində
12 avqustCanavar zənn edib atəş açdı, həyat yoldaşını vurdu
Türkiyənin Elazığ şəhərində kiçikbuynuzlu heyvanlarını canavarlardan qorumaq üçün tövlədə ov tüfəngi ilə növbə çəkən 61 yaşlı M.K. eşitdiyi səsə doğru atəş açıb. Canavar vurduğunu düşünən kişi tövləyə daxil olduqda həyat yoldaşı, 51 yaşlı Hasret Kuşu qanlar içində yerdə tapıb. xarici mediaya istinadl
18 avqustKanalda batan 21 yaşlı Aminin FOTOSU
Xəbər verdiyimiz kimi, 21 yaşlı Amin Zamir oğlu Əhmədov Beyləqan rayonunda kanalda batıb. -a istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda baş verib. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri dava
8 avqust"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…
Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas
8 avqust16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət
16 avqust