Şəhər günün mübarək, gözəl Laçın!
"2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsindəki Şanlı Qələbə nəticəsində 30 il həsrətində qaldığımız, yalnız xəyallarımızda yer alan vətən torpaqları işğaldan azad edildi, ruhumuzun və mədəniyyətimizin paytaxtı olan Şuşada üç rəngli bayrağımız ucaldıldı. Dünya Azərbaycan ordusunun gücünə şahid oldu. Ərazi bütövlüyümüzün bərpa olunacağının hər zaman vurğulayan Prezident İlham Əliyev Prezident xalqa verdiyi sözü gerçəyə çevirdi", - bunları Sonxeber.az -a danışan AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib:
"Prezident İlham Əliyevin 44 günlük savaş dövründə və ondan sonra yürütdüyü mükəmməl xarici siyasət qalib ordunun uğurlarına möhtəşəm möhür vurdu. Məhz Prezidenti İlham Əliyevin diplomatik zəfərinin nəticəsində Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətə malik rayonlarımız bir güllə atılmadan azad edildi. Bu gün bütün təqvimimizə işğal günlərini zəfər günləri əvəzləyib və tarixi ərazilərimizin azad olunması günü təmtəraqla qeyd edirik.
2023-cü il avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram şənliyi bu tədbirlərin başlanğıcı idi. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış edir, hər birimiz qürurlu anlar yaşayırıq. Ölkəmizin başçısı yenidən azad olunmuş ərazilərimizdə, xalqın önündədir.
Prezidentin bütün səfərlərində olduğu kimi, 2023-cü il avqustun 26-da Laçına səfəri zamanı da bir çox mühüm obyektlərin açılışı və təməlqoyma mərasimi bu torpaqların əzəli sakinlərinə bayram ovqatı yaşadır. İşğal dövründə düşmənin xarabalığa çevrirdiyi Laçın və bütövlükdə Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləriap arılır. Hazırda Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi davam edir. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. 2023-cü il 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına başlanılıb. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
2023-cü il avqustun 26-da Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında verdiyi siyasi mesajlar da bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdi. Ölkəmizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini ifadə edərək bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyətindədir, bu həqiqətlər beynəlxalq hüquqa söykənir və ölkəmiz həm döyüş meydanında, həm siyasi müstəvidə bunu diktə edərək gücünü göstərib. Ermənistan və onu məhvə sürükləmək istəyən havadarları bu gerçəyi anlamalıdırlar.
Prezident İlham Əliyevin 2020-c0 ildən sonra Laçına səfərləri Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi qüdrətinin növbəti nümayişi kimi yadda qalıb. Səfərlər zamanı sakinlərlə səmimi ünsiyyət və xalq sevgisi Azərbaycan liderinin dövlətimizin yüksəlişinin yenilməz təminatçısı olduğunu bir daha sübut edib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var - VİDEO
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Prezident təqaüdçüləri ailə qurur
Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Rusiya özünü hələ də böyük imperiya hesab edir - AÇIQLAMA
Xəzər dənizi sahilində 1500 il əvvələ aid qızıl ayaqqabı tapıldı
"Həmin şəxs hazırda iki obyekt işlədir" - RƏSMİ CAVAB