Borca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO
Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Çukurova rayonunun Belediye Evleri məhəlləsi, Turgut Özal bulvarında saat 17:30 radələrində baş verib. İddiaya görə, tikinti işi ilə məşğul olan 46 yaşlı Mehmet Nuri Ataş 40 milyon lirəlik borc mübahisəsinə görə aralarında ədavət yaranan ortağı, 53 yaşlı təqaüdçü polis əməkdaşı Aytekin Filin iş yerinə gedib.
Burada tərəflər arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Ataş əvvəlcə Aytekin Filə və onun həyat yoldaşı 48 yaşlı Neslihan Filə atəş açaraq hadisə yerindən qaçıb.
Bu zaman cütlüyün 30 yaşlı oğlu Sinan Fil şübhəlini yaxalamaq üçün onun avtomobilinə minib. Lakin yaranan qarşıdurma zamanı Ataş Sinan Fili də başından güllələyib.
Şübhəli daha sonra ağır yaralanan Sinan Filin olduğu avtomobillə təxminən 5 kilometr hərəkət edib. Seyhan rayonunun Gürselpaşa məhəlləsinə çatdıqdan sonra avtomobili küçənin ortasında saxlayaraq piyada qaçıb.
Aytekin Fil aparıldığı xəstəxanada, oğlu Sinan Fil isə şübhəlinin avtomobilində həyatını itirib. Yaralanan Neslihan Fil xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb.
Avtomobili qoyaraq qaçan Mehmet Nuri Ataş Cinayət Büro Şöbəsinin əməkdaşları tərəfindən qısa müddətdə gizləndiyi evdə saxlanılıb.
Həyatını itirən Aytekin Fil və oğlu Sinan Fil ötən gün Kabasakal qəbiristanlığında dəfn ediliblər.
Şübhəlinin polisə verdiyi ifadədə Aytekin Fil ilə ortaq tikinti işi gördüklərini və öz payına düşən 40 milyon lirənin ödənilmədiyini iddia etdiyi öyrənilib. Ataşın ifadəsində mübahisənin bu səbəbdən başladığını və atəş açdığını söylədiyi bildirilib.
Polisdəki əməliyyatların ardından məhkəməyə göndərilən Ataş jurnalistlərin suallarına cavab olaraq, "Hadisələri bilmədən qərəzli yanaşmayın. Buna dövlətin məhkəmələri qərar verəcək", - deyib.
Mehmet Nuri Ataş çıxarıldığı növbətçi məhkəmənin qərarı ilə tutularaq həbsxanaya göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 688 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabr