"Azərbaycan və Özbəkistan arasında münasibətlər inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib" - DEPUTAT
Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə "C5-dən C6-ya keçid" Azərbaycanın regional rolunun yeni mərhələsini göstərir.
Bu yanaşma Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını göstərir: Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birindən ayrı geosiyasi məkanlar deyil, getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat məkanı kimi çıxış edir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşma yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlar arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsi ilə müşayiət olunur.
İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin mühüm istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi potensialın nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında da ticarət dövriyyəsində 33 faizlik artımın qeydə alınması əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərir.
İnvestisiyaların qarşılıqlı şəkildə artırılması, birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərini daha da şaxələndirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də istehsal və investisiya zəncirlərinin formalaşdırılmasına xidmət edir.
Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Orta Dəhlizdə mühüm mövqeyə malik olması, Özbəkistanın isə Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi potensialı ilə çıxış etməsi iki ölkəni daha geniş regional bağlantıların əsas iştirakçılarına çevirir.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası regionun nəqliyyat xəritəsində mühüm dəyişiklik yarada bilər.
Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında yaradılan "Yaşıl Dəhliz" təşəbbüsü Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin dibi ilə enerji bağlantılarının yaradılması perspektivi isə bu əməkdaşlığın uzunmüddətli geoiqtisadi əhəmiyyətini daha da artırır.
İki ölkə TDT-ni yalnız iqtisadi və siyasi əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir.
Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır.
Qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə Azərbaycan və Özbəkistanın QHT-lər üçün birgə qrant müsabiqəsi elan etməsi vətəndaş cəmiyyətlərinin də ikitərəfli münasibətlərin inkişafında daha fəal rol almağa başladığını göstərir.
Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri həm də Şərqlə Qərb arasında yeni bağlantılar yaradan və Türk dünyasının iqtisadi və siyasi potensialını gücləndirən daha geniş regional prosesin mühüm hissəsinə çevrilir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri