Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilibÖlkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, 16 Avropa dövləti Azərbaycandan təbii qaz alır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Hazırda digər dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənməkdədir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb və bölgənin aparıcı aktoruna çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistana rəsmi səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhhəmlənməsinə xidmət edəcəkdir. Səfər ərəfəsində ölkə başçımız Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Prezident İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Dövlətimizin başçısı bu rəqəmi əla göstərici kimi dəyərləndirdi.
Dövlətimizin başçısı əlavə etdi ki, iki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. "2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib", - deyən Prezident birgə layihələr və onun əhəmiyyətindən də söz açdı. "Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda "Dostluq bağı" adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin "Chevrolet" və "Isuzu" markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə "Chevrolet" markalı 10 min 720 avtomobil və "Isuzu" markalı 275 avtobus istehsal edilib".
Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib.
Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.
Dövlətimizin başçısı iki ölkə arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvi adını daşımasının və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasının, habelə işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyin qarşılıqlı münasibətlərin ən parlaq nümunələri kimi qeyd edildi.
Bu cür əməkdaşlıq ortaq dəyərləri qoruyan və gələcəyə yönəlmiş strateji humanitar körpü kimi dəyərləndirildi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu bildirərək son illər həyata keçirilmiş və gözlənilən səfərlər barədə danışdı: "Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 153   Tarix: 22 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev ali dərəcəli "Dostluq" ordenini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Özbəkistanı

23 avqust
.

İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlha

21 avqust
.

İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO

Özbəkistanda Prezident İlham Əliyevə "Yeni Daşkənd" layihəsinin təqdimatı keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

23 avqust
.

Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələ

23 avqust
.

"Özbəkistan Azərbaycanın əsas xarici ticarət tərəfdaşları sırasında yer alır" - AÇIQLAMA

"Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu əməkdaşlıq artıq yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır, qarşılıqlı investisiyaları, sənaye kooperasiyasını, nəqliyyat-logistika layihələrini, regional əməkdaşlığı v

21 avqust
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti - Qurultaya keçirilən ilk seçkinin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb. -a istinadən məktubu təqdim edir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının yen

23 avqust
.

Daşkənddə Əliyev-Mirziyoyev görüşü üçün HAZIRLIQ - VİDEO

Özbəkistan Prezidentinin İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü üçün hazırlıq işləri görülür. xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində keçiriləcək yüksəksəviyyəli görüşlə əlaqədar iqamətgahda son hazırlı

23 avqust
.

Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

"Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, lakin bundan da böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizi

23 avqust
.

Azərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR - VİDEO

"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir". xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyi

23 avqust