Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələr suala müsbət cavab veriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda göstərilən böyük ehtirama görə təşəkkürünü bildirib.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini səsləndirib.
Daha sonra tələbə hər iki dövlət başçısına kitab hədiyyə edib. Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 228 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Zelenskiyə məktub göndərdi
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əlamətdar ildönümü - Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbayca
24 avqustBu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafın
24 avqust"Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir" - AÇIQLAMA
Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəya
24 avqustDaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağını
23 avqustDaşkənddən Buxaraya - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkənddən Buxaraya getməsi ilə bağlı paylaşım edilib. "Qafqazinfo" sözügedən paylaşımı təqdim edir:
24 avqust