İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMA
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali dərəcəli Dostluq" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin növbəti siyasi göstəricisi kimi diqqət çəkir. Təltif Prezident Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsi kimi təqdim olunub.
Bəs, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və bu münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hansı təsirləri göstərə bilər?
Sonxeber.az-a açıqlama verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana növbəti dövlət səfəri, burada Şavkat Mirziyoyevlə keçirilən görüş, verilən açıqlamalar və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin inkişaf səviyyəsinin göstəricisidir.
"Mən hesab edirəm ki, burada hər iki prezidentin şəxsi münasibətləri və eyni zamanda hər iki prezident tərəfindən həyata keçirilən çalışmalar Azərbaycan-Özbəkistan münasibətlərini bu cür yüksək səviyyəyə gətirib çıxarıb. Azərbaycan özünə növbəti dost və qardaş ölkə ilə çox ciddi, sıx müttəfiqlik və əməkdaşlıq münasibətləri quraraq fəaliyyətini davam etdirir. Eyni zamanda, İlham Əliyevin Özbəkistan Prezidenti tərəfindən "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin hazırkı səviyyəsinin ali dostluq və qardaşlıq münasibətləri səviyyəsində olduğunun göstəricisidir".
Ekspert bildirib ki, bu təltif iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına gətirib çıxaracaq:
"Bu, münasibətlərdə yeni bir səhifənin açılması ilə nəticələnəcək. Biz gələcəkdə bu münasibətlərin, həmçinin bu mükafatlandırmanın və bundan sonra görüləcək işlərin faydalı nəticələrini görəcəyik".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Hərbi biletlə bağlı QƏRAR: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar