Bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinə verilən mühüm siyasi qiymətdir - Deputat
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin strateji və müttəfiqlik xarakterinin daha da möhkəmləndiyini göstərən siyasi jest kimi qiymətləndirilə bilər. Təltifin əsaslandırılmasında Azərbaycan-Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına, siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə töhfələr xüsusi qeyd olunub.
Bəs, bu təltif iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə verilən siyasi qiymət kimi necə dəyərləndirilə bilər və Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafına hansı təsirləri göstərə bilər?
Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsinə verilən mühüm siyasi qiymətdir.
"Prezident İlham Əliyevin Özbəkistanın "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif olunması onun iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı rolunun qardaş ölkə tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Təltifin məhz "Əbədi dostluq haqqında Müqavilə"nin imzalandığı və münasibətlərin yeni mərhələyə keçdiyi bir vaxtda baş verməsi onun siyasi əhəmiyyətini daha da artırır. Müqavilədə qarşılıqlı etimad, suverenliyə və təhlükəsizliyə hörmət, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi kimi əsas prinsiplər təsbit olunur".
Deputat bildirib ki, bu baxımdan ordeni Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterinə verilən siyasi mesaj kimi dəyərləndirmək olar.
"Daha dəqiq desək, bu, iki ölkənin mövcud müttəfiqliyi qorumaqla kifayətlənmədiyini, onu gələcəyə hesablanmış daha möhkəm siyasi və mənəvi təmələ çevirmək niyyətini göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
Hərbi biletlə bağlı QƏRAR: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bacı-qardaşın faciəli ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB