Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm

Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəmABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Karolin Levittin vəzifəsindən ayrıldıqdan sonra da onun komandasında fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp bu barədə Mirtl-Biçdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Prezident tədbir zamanı Karolin Levittini səhnəyə dəvət edib və onun fəaliyyətinə görə təşəkkürünü bildirib. Tramp Levittin yaxın zamanda ana olmasına da toxunaraq zarafat edib.

"O, təzəlikcə uşaq dünyaya gətirib və mən yalnız indi öyrəndim ki, o, uşağı Donald Trampdan daha çox sevir və mən buna çox qəzəbliyəm", - deyə ABŞ Prezidenti bildirib.

Karolin isə öz növbəsində Donald Trampa təşəkkür edib. O, Ağ Evin mətbuat katibi kimi çalışmasını "ən böyük şərəf" adlandırıb.

Qeyd edək ki, Karolin Levitti avqustun əvvəlində Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılmaq niyyətində olduğunu açıqlamışdı. O, qərarını ailəsi və övladları ilə daha çox vaxt keçirmək istəyi ilə izah etmişdi.

Daha sonra o, Ağ Evdəki fəaliyyətini başa vurduqdan sonra Donald Trampın siyasi fəaliyyəti ilə əlaqəli "MAGA Inc." super siyasi fəaliyyət komitəsində (Super PAC) çalışacağını bildirmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 191   Tarix: 22 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belarus Finlandiyadakı səfirliyini bağlayır

Belarus hökuməti Finlandiyadakı səfirliyini bağlamaq qərarına gəlib. xəbər verir ki, bu barədə Sputnik Belarus məlumat yayıb. Bağlanma Nazirlər Şurasının 20 avqust tarixli 424 nömrəli qərarı ilə nəzərdə tutulub və bu qərar 21 avqustda Milli Hüquqi İnternet Platformasında rəsmi olaraq dərc edilib. [hh4-unikal

21 avqust
.

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyab

20 avqust
.

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram"da bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojy

22 avqust
.

Trampdan rüsumlarla bağlı maraqlı etiraf

ABŞ Prezidenti Donald Tramp "saxta" KİV səbəbindən "rüsum" sözünü ən sevdiyi ifadələr siyahısında beşinci yerə endirdiyini bildirib. Bu barədə "RİA Novosti"yə istinadən məlumat verir. "Mən rüsumları sevirəm, mən bu sözü sevirəm, rüsumlar bizi varlandırdı. Amma saxt

22 avqust
.

Alyaskada çarter təyyarəsi qəzaya uğrayıb, səkkiz nəfər ölüb

Alyaskanın qərbində ucqar bir hərbi radar qurğusu yaxınlığında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub. xəbər verir ki, Ankoricdə yerləşən Security Aviation çarter şirkəti tərəfindən idarə olunan Cessna 441 təyyarəsi yerli vaxtla təxminən saat 12:15-də (GMT vaxtı ilə 20:15

21 avqust
.

Zukerberq İrlandiyada 1827-ci ildə tikilmiş qala alıb

"Meta" şirkətinin rəhbəri, milyarder Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi qala satın alıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük 1827-ci ildə inşa edilən Strankalli qəsrinin sahibi olub. Uoterford qraflığında yerləşən tarixi mülkün ərazis

22 avqust
.

Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı

ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrda keçiriləcək konqres üçün ara seçkilərdə uduzacaqları təqdirdə demokratların onu impiçment edəcəkləri fikrindədir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donald Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxı

22 avqust
.

Türkiyədə helikopter qəzaya uğradı

Türkiyənin Giresun bölgəsində helikopter qəzası baş verib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Helikopter yüksəkgərginlikli xəttlərdə təmir işləri aparılması məqsədilə əraziyə cəlb edilib və elektrik şirkətinə məxsus olub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Helikopterd

22 avqust
.

Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb

Ukrayna qüvvələri Rusiyanın Samara vilayətindəki logistika qovşağına və Qara dəniz akvatoriyasındakı hədəflərə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, əvvəlki zərbələr də nəticə verib. Xüsusil

22 avqust