ABŞ Venesuelanın telekommunikasiya sahəsinə tətbiq olunan bəzi sanksiyaları ləğv edib
ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri yumşaldaraq Amerika şirkətlərinə bu Cənubi Amerika ölkəsinin telekommunikasiya sahəsi üçün avadanlıq, texnologiya və xidmətlərin tədarükünü həyata keçirmək, eləcə də həmin sektora sərmayə qoyuluşu barədə danışıqlar aparmaq imkanı verib.
"Report" xəbər verir ki, bunu Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) verdiyi lisenziyaların məzmunu təsdiqləyir.
"Venesuelaya qarşı sanksiyalar haqqında əsasnamə ilə qadağan edilən bütün tranzaksiyalara, o cümlədən Venesuela hökumətinin, eləcə də "CONATEL" və "CANTV"nin iştirak etdiyi və ABŞ-dən və ya ABŞ şəxsləri tərəfindən Venesuelada telekommunikasiya sistemlərinin quraşdırılması, onlara xidmət göstərilməsi, modernləşdirilməsi, təmiri, istismarı və ya dəstəklənməsi üçün malların, texnologiyaların, proqram təminatının və ya xidmətlərin təqdim edilməsi ilə müşayiət olunan və bunun üçün zəruri olan əqdlərə icazə verilir", - 61 nömrəli baş lisenziyada qeyd olunub.
Bununla yanaşı, Vaşinqton Rusiya, Çin, İran, Şimali Koreya və Kubadan olan fiziki şəxslər və təşkilatlarla hər hansı əqdlərə və birgə müəssisələrin yaradılmasına qadağa qoyub. Həmçinin qızıl və Venesuelanın "petro" kriptovalyutası ilə əməliyyatlar icazə verilən hesablaşma formalarından xaric edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 128 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot
23 avqustAvropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdlərinin PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) idarəetmə prinsiplərini və NATO standartlarını öyrəndikləri 12 yay sessiyası təşkil edib. -ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib. Mərkəzdən bildirilib ki, bu sessiyalar "yüksə
23 avqustABŞ 20 milyard dollarlıq Kanada məhsullarına 50 % rüsum tətbiq edib
ABŞ bu gün Kanada istehsalı olan 20 milyard dollar dəyərində məhsullara 50 faiz rüsum tətbiq edib. "Report" xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayıb. ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumları Kanadanın Birləşmiş Ştatlara hər il tədarük etdiyi malları
23 avqustRusiyada ata yol qaydalarını pozan oğlunun avtomobilini qəsdən yandırdı
Rusiyanın Blaqoveşensk şəhərində ata yol hərəkəti qaydalarını (YHQ) davamlı olaraq pozduğuna görə oğlunun avtomobilini yandırıb. xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, 50 yaşlı kişi övladının mütəmadi olaraq YHQ-ni pozmasından bezi
23 avqustİran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
İran İraqın bir sıra neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xarici mediaya istinadən xəbər verir ki, müvafiq icazə İraqın müxtəlif diplomatik kanallar vasitəsilə etdiyi müraciətlərdən sonra verilib. Qeyd olunur ki, İraqın neft tankerlərinin boğazdan keçidinə icaz
22 avqustAlimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. bu barədə "Interesting Engineering" nəşrinə istinadə
23 avqustİsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib. "Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. "Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı ola
23 avqust