"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətinin xeyrinə 400 milyon dollar ödənilməsi barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd edilib ki, iddia qaldırıldıqdan sonra "TikTok"da mülkiyyət strukturunda, idarəetmə heyətində, tənzimləyici normalara riayət sistemlərində və məxfiliyin təmin edilməsi yanaşmalarında əhəmiyyətli dəyişikliklər aparılıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, 400 milyon dollar məbləği fərdi məlumatların qorunması haqqında qanunvericiliklə bağlı işlər çərçivəsində razılaşdırılmış ən əhəmiyyətli kompensasiyalardan biridir. Barışıq sazişinin şərtlərinə əsasən, platforma yetkinlik yaşına çatmayan istifadəçilər üçün qoruyucu mexanizmləri gücləndirməyi, yaşın yoxlanılması sistemini təkmilləşdirməyi, həmçinin valideynlərə övladlarının "TikTok"dakı fəaliyyətinə daha dolğun nəzarət etmək imkanı verən alətləri tətbiq etməyi öhdəsinə götürür.
Bununla belə, platformanın özü irəli sürülmüş ittihamlar üzrə təqsirini qəbul etməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 170 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdlərinin PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) idarəetmə prinsiplərini və NATO standartlarını öyrəndikləri 12 yay sessiyası təşkil edib. -ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib. Mərkəzdən bildirilib ki, bu sessiyalar "yüksə
23 avqustAlmaniya uzaqmənzilli arsenal hazırlayır: Xərclənəcək böyük məbləğ açıqlandı
Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib. İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb. -ın xarici KİV-ə istinadə
23 avqustZukerberq İrlandiyada 1827-ci ildə tikilmiş qala alıb
"Meta" şirkətinin rəhbəri, milyarder Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi qala satın alıb. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlük 1827-ci ildə inşa edilən Strankalli qəsrinin sahibi olub. Uoterford qraflığında yerləşən tarixi mülkün ərazis
22 avqustAlimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. bu barədə "Interesting Engineering" nəşrinə istinadə
23 avqustYaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb
Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb. "Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb. İlkin məlumatlara görə, hadis
23 avqustABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak
23 avqustAy qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir. xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır
23 avqust