Avtomobilin texniki göstəriciləri niyə vahid sistemdə qeydə alınmır? - VİDEO
Xaricdə avtomobil alarkən alıcıların ilk araşdırdığı məlumatlardan biri onun VIN kodudur.
Baku TV-nin məlumatına görə, VIN kod vasitəsilə avtomobilin texniki göstəriciləri, qəzalar və bəzi hallarda texniki xidmət tarixçəsi barədə məlumat əldə etmək mümkündür.
Lakin Azərbaycanda satılan bir çox avtomobildə ön şüşədəki VIN kodu müxtəlif platformalarda araşdırarkən avtomobilin keçmişi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmur.
Bəs bunun səbəbi nədir?
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, əsas səbəb ölkədə vahid avtomobil tarixçəsi sisteminin olmamasıdır.
Onun fikrincə, belə bir platformanın yaradılması üçün dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir: "Çünki avtomobillərin keçirdiyi qəzalar Dövlət Yol Polisi tərəfindən qeydə alınır, sığorta hadisələri barədə məlumatlar isə sığorta şirkətlərində toplanır. Bu məlumatların vahid sistemdə birləşdirilməsi avtomobilin tam tarixçəsinin formalaşdırılmasına imkan verə bilər".
Eyyub Əliyev bildirib ki, hazırda bu istiqamətdə müəyyən işlər aparılır və bir neçə özəl sektor nümayəndəsi tərəfindən dövlət qurumlarına müvafiq təkliflər təqdim olunub.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, avtomobillərin texniki göstəricilərinin gizli qalması bazardakı bəzi satıcıların maraqlarına uyğundur: "Bu gün təəssüf ki, Azərbaycanda avtomobil bazarını alverçilər idarə edirlər. İstədikləri vaxt qiymətləri qaldırır, endirir və öz maraqlarına uyğun addımlar atırlar. Təbii ki, avtomobilin tarixçəsinin açıq şəkildə görünməsi onların maraqlarına uyğun deyil".(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 187 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 19 min 601 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,4 % çoxdur. Bu ilin avqust ayının 1-nə ölkədə 16,6 ton hazır məhsul ehtiyatı yaranı
23 avqustAzərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
"Demək olar ki, yay mövsümünün son ayıdır. Çünki sentyabrdan ümumtəhsil müəssisələri, universitetlər açıldığı üçün turistlər daha çox sentyabrın 15-nə qədər plan qururlar". Bu sözləri "Yeni Sabah"a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun fikrincə, hazırda regionlarda
23 avqustAvtomobilin texniki göstəriciləri niyə vahid sistemdə qeydə alınmır? - VİDEO
Xaricdə avtomobil alarkən alıcıların ilk araşdırdığı məlumatlardan biri onun VIN kodudur. Baku TV-nin məlumatına görə, VIN kod vasitəsilə avtomobilin texniki göstəriciləri, qəzalar və bəzi hallarda texniki xidmət tarixçəsi barədə məlumat əldə etmək mümkündür. Lakin Azərbaycanda satılan bir çox avtomobild
23 avqustAzərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır. Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlk
23 avqustLaçın - Azərbaycanın azadlıq salnaməsinin parlaq səhifəsi
Laçın Azərbaycanın tarixində, milli yaddaşında və dövlətçilik salnaməsində xüsusi yeri olan şəhərlərdən biridir. Əzəmətli dağları, zəngin təbiəti, qədim yaşayış məskənləri və özünəməxsus mədəni irsi ilə seçilən Laçın bu gün həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının, Böyük Qayıdışın və quruculu
23 avqustKredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə "dondurulması" ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmamas
23 avqustLaçın Şəhəri Günü - milli qürur və Böyük Qayıdışın təntənəsi
26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, doğma torpaqlara qayıdışın, milli iradənin, dövlət gücünün və Böyük Qayıdış prosesinin təntənəsini ifadə edir. Azərbaycan Prezidentini
23 avqust