Bakıda gedişhaqqında DƏYİŞİKLİK: 1 saat ərzində limitsiz nəqliyyat
Azərbaycanda "28 May" metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur.
İqtisadçı Natiq Cəfərli "Bakupost"a bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır.
Onun sözlərinə görə, dünyanın hər yerində gedişhaqqı zamana bağlıdır və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Zamana bağlı 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.
N.Cəfərli bildirib ki, vətəndaş metroya minərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet almır. Bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, cəmi bir dəfə ödəniş edir.
İqtisadçı qeyd edib ki, ayrı-ayrı güzəştlərin tətbiq olunmasındansa, məsələnin birdəfəlik həlli önəmlidir. Onun sözlərinə görə, sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilir.
N.Cəfərli vurğulayıb ki, dünyanın keçdiyi yol var: "Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 954 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrİçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ
"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrMəktəblərdə payız tətili başladı
Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind
16 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr