Laçında həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir

Laçında həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirirDövlət başçısı İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə qeyd etmişdir ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. "Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək."
Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmiş, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi: "Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi təsis edildi.
Digər azad edilmiş torpaqlarımız kimi Laçında da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda infrastruktur layihələrinin icrası prioritetdir. Laçın rayonunun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın tikintisi planlaşdırılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq.
Göründüyü kimi, azad edilmiş ərazilərimizə qayıdacaq soydaşlarımızın rahat, yüksək səviyyədə yaşayışının təmin edilməsi əsas hədəfdir. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Azad edilmiş torpaqlarda "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin uğurlu icrası Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya çatdırır.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 151   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçın Şəhəri Günü tariximizin şanlı səhifəsidir!

2023-cü il 26 avqust Azərbaycan xalqı üçün sadəcə bir tarix deyil, bu, Laçın şəhərinin azadlığa qovuşmasının və doğma torpaqlara qayıdışın bayramıdır. Laçın Şəhəri Günü, 30 illik həsrətdən sonra Qarabağın ürəyində yerləşən bu gözəl şəhərin yenidən Azərbaycanın suverenliyi altında dirçəlişini qeyd edir

25 avqust
.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar - FOTO - VİDEO

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbə

24 avqust
.

Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə Azərbaycan dövlət başçısı İlham Əliyevə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, V.Zelenski bu barədə "X" hesabında paylaşım edib. "Cənab Prezident, Ukraynanın müstəqilliyini

25 avqust
.

"Özbəkistanla əlaqələr daha da genişlənir" - AÇIQLAMA

"Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı

24 avqust
.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO - VİDEO

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki

24 avqust
.

Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji tərəfdaşlıq

Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib. Bu transformasiya təkcə tarixi, etnik və mənəvi bağlara deyil, həm də Cənubi Qafqaz ilə Mərkəz

24 avqust
.

Dənizkənarı Bulvar İdarəsi Qapalı Səhmdar Cəmiyyətinə çevrilir

Prezident İlham Əliyev "Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmanla "Dənizkənarı Bulvar İdarəsi" publik hüquq

25 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək müttəfiqlik səviyyəsinə çatması xüsusi diqqət çəkir" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə - UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsi və gələcək perspektivləri baxımından kifayət qədər mühüm siyasi mesajlar ehtiva edir. Müsahibədə diqqət çəkən əsas məqam odur ki, Azərbaycanla Özbəkista

25 avqust
.

Prezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcək

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə əlaqələri

24 avqust