Prezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcək

Prezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcəkPrezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə əlaqələrin də möhkəmlənməsinə yeni imkanlar yaradır.

Bəs, bu səfər Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə və Azərbaycanın Mərkəzi Asiya ilə siyasi-strateji əməkdaşlığının genişlənməsinə necə təsir göstərə bilər?

Sonxeber.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir.

"Səfər çərçivəsində mühüm razılaşmaların əldə olunması, iqtisadiyyatın bir sıra istiqamətlərində sazişlərin imzalanması iki ölkə arasındakı əlaqələri mühüm mərhələyə daşıyır. Diqqətçəkən mühüm məqamlardan biri "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın önəmli və ciddi iqtisadi potensialı olan ölkələridir. Əldə olunan razılaşmalar regionlar arasında əlaqələrin inkişafı ilə yanaşı, türk dünyası arasında əlaqələrin daha da inkişafına təkan verəcək".

Ekspert bildirib ki, gün Azərbaycan türk dünyasının aparıcı ölkəsidir:

"Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təşəbbüslər türk dövlətləri tərəfindən dəstəklənir və bu proses bütövlükdə türk dünyasında iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə inteqrasiyanı dərinləşdirir. İndiyə qədər Azərbaycan tərəfindən bu istiqamətdə effektiv addımlar atılıb. Azərbaycan-Özbəkistan arasında əlaqələrin dərinləşməsi təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə türk dünyasında əlaqələrin dərinləşməsi deməkdir. Ona görə də hesab edirəm ki, Özbəkistan-Azərbaycan münasibətləri və Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasındakı əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, bütövlükdə türk dünyasının inkişafına ciddi töhfə verəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 136   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu təltif Azərbaycan-Özbəkistan münasibətlərinə verilən mühüm siyasi qiymətdir - Deputat

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin strateji və müttəfiqlik xarakterinin daha da möhkəmləndiyini göstərən siyasi jest kimi qiymətləndirilə bilər. Təltifin əsaslandırılmasınd

24 avqust
.

Daşkənddən Buxaraya - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkənddən Buxaraya getməsi ilə bağlı paylaşım edilib. "Qafqazinfo" sözügedən paylaşımı təqdim edir:

24 avqust
.

İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dövlətimizin başçısı Daşkənddə mətbuata bəyanatında bildirib. "Şavkat Miromonoviç, sizi münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim"

23 avqust
.

Dərin qarşılıqlı rəğbətə əsaslan Azərbaycan-Özbəkistan münasibətləri

Daşkəndə dövlət səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın institusional, hüquqi və siyasi-geopolitik mahiyyətini hərtərəfli əks etdirən konseptual dövlət sənədi xarakteri daşıyır

24 avqust
.

"Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdıldığını göstərir

Azərbaycan Prezidentinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi "Heydər Əliyev" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin və Mirziyoyevin bu əlaqələrin inkişafındakı rolunun siyasi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Sərəncamda təltifin məhz Azərbaycan-Özbəkista

24 avqust
.

İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali dərəcəli Dostluq" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin növbəti siyasi göstəricisi kimi diqqət çəkir. Təltif Prezident Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafın

24 avqust
.

Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

"Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, lakin bundan da böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizi

23 avqust
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti - Qurultaya keçirilən ilk seçkinin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb. -a istinadən məktubu təqdim edir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının yen

23 avqust
.

Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi

Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qoruna

24 avqust