Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi
İngiltərədə mütəxəssislər yayın sonlarında çürümüş və fermentləşdirilmiş meyvələrlə qidalanan arıların sərxoş olaraq aqressivləşə biləcəyini və bunun insanlara sancma riskini artırdığını bildiriblər.
"Qafqazinfo" xəbər verir ki, Britaniya Zərərvericilərə Qarşı Mübarizə Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sonlarında fermentləşdirilmiş meyvələrə axın edən arılar spirtin təsiri altında istiqamətlərini itirə və daha aqressiv davrana bilərlər.
Mütəxəssislər xüsusilə İngiltərənin bəzi bölgələrində sakinləri arı sancmalarına qarşı diqqətli olmağa çağırıblar. Çünki sancmalar bəzi insanlarda həyati təhlükə yarada bilən anafilaktik reaksiyaya səbəb ola bilər.
Ətraf mühit üzrə mütəxəssislərin bildirdiyinə görə, işçi arılar yayın sonuna yaxın qışa hazırlıq prosesində əvvəlki qədər aktiv olmur. Bu dövrdə onlar çürümüş və fermentləşdirilmiş meyvələrə yönəlir və həmin meyvələrdə yaranan spirt onların davranışlarına təsir göstərə bilər.
Britaniya Qırmızı Xaç Cəmiyyəti arı sancmasına məruz qalan şəxslərə iynəni dəridən mümkün qədər tez çıxarmağı tövsiyə edir.
Mütəxəssislər nəfəs almaqda çətinlik, üz və boğaz nahiyəsində şişkinlik, başgicəllənmə və digər ciddi allergik əlamətlər yarandıqda təcili tibbi yardım çağırmağın vacib olduğunu vurğulayırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 237 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. "Boğazın yolu o şərtlə açılacaq ki, Amerik
13 sentyabrGürcüstanın keçmiş dövlət naziri həbs edildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz
13 sentyabr"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabr"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabr"Reform UK"ə rekord məbləğdə ianə edilib
Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə
13 sentyabr