Pentaqon Londondan hərbi xərcləri artırmağı tələb edir: Folklend adaları məsələsi gündəmdədir
Əgər London hərbi xərclərini artırmasa, ABŞ Böyük Britaniyanı Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyi ilə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon rəsmiləri Londona hərbi büdcənin genişləndirilməsinin vacibliyini çatdırıblar. Əks halda, Böyük Britaniya "adalar üzərindəki suverenlik dəstəyindən məhrum olmaq riski" ilə üzləşə bilər. Qəzet qeyd edir ki, bu, Amerikanın müdafiə qurumunun NATO müttəfiqindən hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılmasına nail olmaq üçün nəzərdən keçirdiyi addımlardan sadəcə biridir.
Mənbələrdən biri bildirib: "Hesab edirəm ki, Böyük Britaniyanın böyük potensialı olduğu üçün ona xüsusi diqqət yetiriləcək. Buna görə də biz Böyük Britaniyada stimul yaratmaq üçün səylər göstəririk".
O, Folklend adaları ilə bağlı mövqeyin dəyişdirilməsindən danışarkən vurğulayıb ki, ABŞ "bu məsələdə heç bir addımı istisna etmir".
Qəzetin yazdığına görə, Vaşinqton rəsmi olaraq Folklend adalarının mənsubiyyəti məsələsində neytral mövqe tutur, lakin onların Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 223 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabr