Bu ölkə oğru qağayılara görə hər il 232 milyon dollar ziyan görür
Böyük Britaniyada qağayıların insanlardan yemək oğurlaması hər il milyonlarla funt sterlinq zərərə səbəb olur. Araşdırmaya görə, quşların oğurladığı qidaların illik dəyəri təxminən 171 milyon funt sterlinq (təxminən 232 milyon 464 min dollar) təşkil edir.
Lent.az xəbər verir ki, "Independent" nəşrinin məlumatına görə, Britaniyada qağayılar aqressiv davranışları ilə məşhurlaşıblar. Onlar sahilyanı ərazilərdə ənənəvi "fish and chips"dən tutmuş şəhərin gur küçələrində satılan hot-doqlara qədər müxtəlif yeməkləri insanların əlindən götürürlər.
"Compare the Market"in keçirdiyi sorğuda britaniyalıların 71 faizi qağayıların onların yeməyini oğurlamağa cəhd etdiyini və ya buna nail olduğunu bildirib.
Quşların ən çox oğurladığı yeməklərin ilk sırasında balıq və kartof qızartması dayanır: belə halların 72 faizi məhz bu yeməyin payına düşür. Sonrakı yerlərdə sendviçlər 21 faiz və dondurma 20 faiz göstərici ilə qərarlaşıb.
Problemin miqyasını nəzərə alan "Compare the Market" Marqeytdəki "Peter's Fish Factory" kafesi ilə birlikdə "Qağayılara qarşı zəmanət" tətbiq edib. Qağayı yeməyini oğurladığı müştəriyə itirdiyi yeməyin əvəzi pulsuz verilə bilər. Bunun üçün 1000 funt sterlinqlik xüsusi fond yaradılıb.
Maliyyə analitiki Çarli Evans bildirib ki, belə hadisələr insanlar cəmi bir neçə saniyə diqqətlərini yayındırdıqda baş verə bilir. Onun sözlərinə görə, qağayıların davranışı artıq britaniyalıların cibinə real maliyyə zərəri vurur.
Sorğu göstərib ki, respondentlərin 76 faizi qağayılar səbəbindən açıq havada yemək vərdişlərini dəyişib. Təxminən üçdə biri yeməyini atmaq və ya quşlara vermək məcburiyyətində qaldığını bildirib.
Yeməyini qorumaq üçün insanların 43 faizi onu gizlətməyə, 31 faizi isə mümkün qədər tez yeməyə çalışır. Belə hadisələrlə üzləşənlərin 69 faizi qağayıların onlara bir dəfədən çox "hücum etdiyini" bildirib.
Respondentlərin 80 faizindən çoxu qağayıların başqa insanlardan yemək oğurlamasının şahidi olub. Quşların "oğurluqları" yalnız qida ilə məhdudlaşmır. Sorğu iştirakçılarının 7 faizi içkilərin, 9 faizi isə hətta uşaq oyuncaqlarının qağayılar tərəfindən aparılması hallarının olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 220 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrPezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları
13 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrPezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. "Boğazın yolu o şərtlə açılacaq ki, Amerik
13 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabr"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Gələn həftə Romada keçirilməli olan İsrail və Livan arasında növbəti danışıqlar raundu təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb. "İsrail və Livan arasında gələn həftə Romada planlaşdırılan növbəti danışıqlar raund
13 sentyabr"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabr