Ac ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici
ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar.
Oxu.Az xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər yayıb.
2026-cı ildə Kolorado ştatında ayılarla bağlı 7 mindən çox qarşılaşma qeydə alınıb ki, bu da 2019-cu ilin rekord göstəricisini üstələyib. Nyu-Meksiko ştatında ilin əvvəlindən 187 ayı öldürülüb və bu, 2011-ci ildən bəri ən yüksək göstəricidir. Eyni dövrdə Yuta ştatında 39 ayı yuxuya verilib ki, bu da müşahidələrin aparıldığı bütün əvvəlki illərin göstəricilərini üstələyib.
Bununla yanaşı, ölkənin qərbində ayıların ölümcül hücumlarının sayı aşağı olaraq qalır və hər il cəmi bir neçə belə hal qeydə alınır.
Nevadadan olan mütəxəssis Hizer Reyx bildirib ki, ştatlarda quraqlıq davam edərsə, ayılarla qarşılaşmaların sayı arta bilər. O xəbərdarlıq edib ki, qarşıdakı aylarda yırtıcılar qış yuxusuna getməzdən əvvəl fəal şəkildə çəki toplamağa çalışacaq və yaşayış məntəqələrində qida axtaracaqlar.
"Sentyabr və oktyabr aylarında bizi nələrin gözlədiyini heç təsəvvür belə edə bilmirik. Bizim üçün bu, sadəcə olaraq Armageddon olacaq", - deyə Reyx bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 158 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs
30 avqust5 ildir gölməçədə yaşayır, suyun içində yemək yeyir
Hindistanın Qərbi Benqal ştatında yaşayan 16 yaşlı İqbal Şeyxin dərisində qəfil başlayan və uzun müddət keçməyən şiddətli yanma hissi onun həyatını tamamilə dəyişib. xarici mediaya istinadən xəbər verir ki, bədənini bürüyən güclü yanma hissini azaltmağın yeganə yolunu sərin suda qalmaqda görən gənc günlərin
30 avqustRusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib. Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonr
30 avqust"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş "Açıq Cəmiyyət" fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barəd
30 avqustTramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib. xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:. "Amerika Birləşmiş Ştatları qısa müddə
29 avqust