"Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA
"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir".
"Qafqazinfo" xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:
"Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.
Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
Bir daha adı çəkilən media qurumlarını ("The Independent", "The Guardian" və "BBC") bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 135 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev "Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbayca
27 avqustAzərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ
Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbayca
24 avqustVladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin
25 avqustİlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncaml
25 avqustMüasir Laçının müasir siması dünyanı heyrətləndirir
1923-cü ildə şəhər statusu alan Laçın bu gün ən inkişaf etmiş dövrünü yaşayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın Şəhəri günü kimi müəyyə
25 avqustƏminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığ
26 avqustPrezident "Sabah"ı təbrik etdi
Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. Təbrik mətnində deyilir:. "Sabah" futbo
26 avqustİlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib. Qaynarinfo xəbər verir ki, başsağlı məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı
31 avqust