Prezident "Sabah"ı təbrik etdi

Prezident "Sabah"ı təbrik etdiPrezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

Təbrik mətnində deyilir:

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!"

Prezident "Sabah"ı təbrik etdi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 199   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu

Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevi

25 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətlərinin ən yüksək müttəfiqlik səviyyəsinə çatması xüsusi diqqət çəkir" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə - UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsi və gələcək perspektivləri baxımından kifayət qədər mühüm siyasi mesajlar ehtiva edir. Müsahibədə diqqət çəkən əsas məqam odur ki, Azərbaycanla Özbəkista

25 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust
.

Dənizkənarı Bulvar İdarəsi Qapalı Səhmdar Cəmiyyətinə çevrilir

Prezident İlham Əliyev "Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, fərmanla "Dənizkənarı Bulvar İdarəsi" publik hüquq

25 avqust
.

Laçın günümüz mübarək olsun!

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust - Laçın Şəhəri Günüdür. Laçın səfalı yaylaqları, zəngin tarixi

25 avqust
.

İlham Əliyevin "Ali Dostluq" ordeni ilə təltif edilməsi münasibətlərin qardaşlıq səviyyəsində olduğunun göstəricisidir - AÇIQLAMA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi "Ali dərəcəli Dostluq" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin növbəti siyasi göstəricisi kimi diqqət çəkir. Təltif Prezident Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafın

24 avqust
.

Böyük qayıdışın təntənəsi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn

25 avqust
.

Bir çox baxımdan diqqət çəkən müsahibə!

"Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi bir çox baxımdan diqqət çəkib. Ümumiyyətlə, müsahibənin ayrı-ayrı hissələrinə diqqətlə baxdıqda, Bakının Daşkəndlə münasibətlərə yalnız ikitərəfli əlaqələr kontekstind

24 avqust
.

Bu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA

Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafın

24 avqust