Bir çox baxımdan diqqət çəkən müsahibə!

Bir çox baxımdan diqqət çəkən müsahibə!"Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi bir çox baxımdan diqqət çəkib.
Ümumiyyətlə, müsahibənin ayrı-ayrı hissələrinə diqqətlə baxdıqda, Bakının Daşkəndlə münasibətlərə yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional və geosiyasi baxımdan yanaşdığı görünür" - bunları Sonxeber.az -a danışan tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:

"Ölkə başçısı müsahibədə qeyd edib ki, "Dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb."
Özbəkistan Türkiyədən sonra Azərbaycanın ikinci rəsmi səviyyədə tanınan və elan edilmiş müttəfiqidir. İki ölkə münasibətləri son illərdə iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye və təhlükəsizlik kimi daha praktik istiqamətlərdə inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətlərində son illərdə imzalanan sənədlər, Ali Dövlətlərarası Şuranın yaradılması və qarşılıqlı səfərlərin intensivliyi də bunu sübut edir.
Müsahibədə Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə şəxsi münasibətlərinə də xüsusi yer verib. Bildirib ki, "Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır."
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan münasibətlərində liderlərarası dialoq xüsusilə diqqət çəkir. İki ölkə başçısının şəxsi dostluq əlaqələri siyasi qərarların sürətli qəbulunda və yeni layihələrin irəli sürülməsində mühüm rol oynayır. Xüsusilə Mərkəzi Asiyada yeni geosiyasi və iqtisadi reallıqların formalaşdığı bir vaxtda Bakı üçün Daşkənd etibarlı tərəfdaşdır. Eyni zamanda, Özbəkistan da Azərbaycanı Xəzərdən Qərbə çıxış imkanları baxımından mühüm tərəfdaş kimi görür.
Müsahibədə iqtisadi münasibətlərlə bağlı açıqlanan rəqəmlər də diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artım qeydə alınması iqtisadi münasibətlərin sürətlə genişləndiyini göstərir.
Həqiqətən də, Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Buna görə də əsas məsələ ticarət dövriyyəsinin hansı həddə çatması ilə yanaşı, bu artımın hansı sahələr hesabına formalaşması və iki ölkənin istehsal potensialının bir-birinə nə qədər inteqrasiya olunmasıdır.
Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusilə diqqət çəkir. 500 milyon dollarlıq kapitalla yaradılmış bu struktur münasibətlərin sadəcə "alıcı-satıcı" modelindən çıxarılaraq qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçirilməsi baxımından əhəmiyyətlidir.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri nəqliyyat və logistika ilə bağlıdır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi onları "Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara" çevirir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Özbəkistanın Mərkəzi Asiyanın nəqliyyat xəritəsindəki mövqeyi birləşdikdə, iki ölkə arasında münasibətlər ikitərəfli çərçivədən çıxaraq daha geniş Avrasiya bağlantısının bir hissəsinə çevrilir.
Prezidentin "Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq" fikri də məhz bu baxımdan diqqətəlayiqdir.
Söhbət Mərkəzi Asiyadan gələn yük axınlarının Azərbaycan üzərindən Qərbə çıxışının daha da gücləndirilməsindən gedir. Bu isə Azərbaycanın tranzit ölkə kimi rolunu artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Enerji əməkdaşlığında isə maraqlı dəyişiklik müşahidə olunur. Əvvəllər Azərbaycan-Özbəkistan əlaqələrində əsas diqqət neft-qaz sektoruna yönəlirdisə, indi yaşıl enerji ayrıca strateji istiqamətə çevrilir.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın "Yaşıl Dəhliz Birliyi"ni yaratması bu baxımdan əhəmiyyətlidir. Burada məqsəd yalnız enerji istehsal etmək deyil, bərpaolunan enerjinin regionlararası ötürülməsi üçün infrastruktur yaratmaqdır.
Bu layihə reallaşarsa, Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropaya çatdırılmasında mühüm halqaya çevrilə bilər. Beləliklə, Azərbaycanın tranzit potensialı yalnız neft, qaz və yük daşımaları ilə məhdudlaşmır; gələcəkdə elektrik enerjisi də bu bağlantının mühüm hissəsinə çevrilə bilər.
Özbəkistanın Azərbaycandakı fəaliyyətinin digər mühüm tərəfi işğaldan azad edilmiş ərazilərlə bağlıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, "Dostluq bağı"nın salınması və digər layihələr iqtisadi əhəmiyyətindən daha çox siyasi və mənəvi məna daşıyır.
Prezidentin "Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk" sözləri də bunu göstərir.
Daşkənd bununla Azərbaycanın ərazi bütövlüyünə verdiyi siyasi dəstəyi praktik addımlarla müşayiət etmiş olur. Bakı üçün isə bu, xüsusilə vacibdir. Çünki müharibədən sonra Azərbaycanın əsas məqsədlərindən biri yalnız əraziləri bərpa etmək deyil, həmin əraziləri regional əməkdaşlığın yeni məkanına çevirməkdir.
Müsahibədən görünən əsas nəticə də budur: Azərbaycan və Özbəkistan artıq sadəcə bir-birinə yaxın iki türk dövləti kimi deyil, dəyişən Avrasiya geosiyasi və iqtisadi xəritəsində bir-birinin imkanlarını tamamlayan tərəfdaş, qardaş və müttəfiq ölkədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 174   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR - VİDEO

"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir". xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyi

23 avqust
.

"Azərbaycan Özbəkistan əlaqələri daha geniş müstəvidə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətinə dair qiymətləndirmə deyil. Müsahibədə səsləndirilən fikirlər daha geniş siyasi və geosiyasi proseslərə, Cənubi Qafqazla Mərkəzi Asiy

24 avqust
.

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto

Leyla Əliyeva sosial şəbəkə hesabında Özbəkistanın Buxara şəhərindən yeni şəkil paylaşıb. "Qafqazinfo" xəbər verir ki, fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızları da yer alıb. Həmin görüntünü təqdim edirik:

24 avqust
.

"Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir" - AÇIQLAMA

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi xətti mühüm yer tutur. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Dünyada cərəya

24 avqust
.

"Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - AÇIQLAMA

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlə

24 avqust
.

Bu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA

Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafın

24 avqust
.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağını

23 avqust
.

Qardaşlıqdan müttəfiqliyə uzanan yol!

Özbəkistan Respublikasına səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verib. İki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini, əldə olunan mühüm nəticələri və qarşıda duran geniş perspektivləri əhatə edən əhəmiyyətli siyasi mesajlarla zəngindir

24 avqust
.

Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq

Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistanla Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu kimi məqamlara toxunub. Sözügedən müsahibədə dövlətimizin başçısı bildiri

24 avqust