"Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır" - AÇIQLAMA

"Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır" - AÇIQLAMA"Prezident İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir", - bunları Sonxeber.az -a danışan politoloq Aysel Mənsimova deyib:

"Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsi ölkəmizin təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır. Hər bir ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan Azərbaycan üstünlükləri ilə diqqətdədir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji təhlükəsizliyinin təmin edilməsində rolu, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri, beynəlxalq arenada müstəqil mövqeyi əsas üstünlükləri sırasındadır. Azərbaycanın əməkdaşlığa böyük önəm verməsi və bunu real addımları ilə təsdiqləməsi həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrin uğurlu inkişafında mühüm rol oynayır. Bu gün bunu Azərbaycan-ŞƏT münasibətlərində də aydın görürük. Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir. Bişkek şəhərində ŞƏT-in növbəti Dövlət Başçıları Şurasının Zirvə görüşünün Qırğızıstan Prezidenti Sadır Japarovun ev sahibliyi və sədrliyi ilə keçirilməsi də bu baxımdan diqqət çəkir. "ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə" mövzusu təşkilatın qarşısında dayanan mühüm çağırışları əks etdirir. Hazırda ŞƏT-in tamhüquqlu iştirakçıları Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Əfqanıstan və Monqolustan müşahidəçi, Azərbaycan və daha 14 ölkə isə dialoq tərəfdaşı statusuna malikdir.
Azərbaycanın ŞƏT ilə əlaqələri 2015-ci ildən başlayır. Bu əlaqələrin mühüm istiqamətlərindən biri isə nəqliyyat-logistika əməkdaşlığıdır. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında fəal iştirak edir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın regional bağlantı imkanlarını genişləndirir. Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən etibarlı marşrut kimi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıracaq. Azərbaycanın sülh gündəliyi də bu proseslərin mühüm tərkib hissəsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açıb. Bu proses Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də bu baxımdan diqqət çəkib. Görüşdə Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, sülh sazişinin paraflanması, iqtisadi və ticarət əlaqələrinin qurulması, həmçinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı praktiki addımlar müzakirə olunub.
Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları xarici siyasətinin mühüm tərkib hissəsidir və bu çağırışlar konkret nəticələrdə öz əksini tapır. ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Ölkəmizin coğrafi üstünlüyü, enerji və nəqliyyat potensialı, "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləməsi və Çinlə strateji tərəfdaşlığının inkişafı ŞƏT məkanında yeni imkanlar yaradır. Ümumilikdə Azərbaycanın nəqliyyat, enerji, investisiya və diplomatik potensialı regional əməkdaşlığın möhkəmlənməsinə, beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun daha da artmasına mühüm zəmin yaradır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 173   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir

Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, eyni zamanda beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qlobal proseslərin sülh və sabitlik şəraitində inkişafında, həmçinin regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin reallaşmasında mühüm ölkələrdən biri kimi ön sırada dayanır. Azərbaycanı

1 sentyabr
.

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub - FOTO

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan il

1 sentyabr
.

ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır - DEPUTAT

"ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır. Odur ki, yalnız Şərq ölkələri deyil, əslində bütün Avrasiya ölkələri ŞƏT ilə münasibətlər qurmaq və əməkdaşlıq etməyə səy göstərirlər". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. "Qloba

1 sentyabr
.

Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında

1 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - Fotolar+Video

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər. *. Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqlar

31 avqust
.

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir arada - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə bir araya gəliblər. xəbər verir ki, dövlət başçıları birgə foto çəkdiriblər. Görüş zamanı liderlər arasında səmimi söhbə

31 avqust
.

Prezident azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

"Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın milli bayramı

1 sentyabr
.

İlham Əliyev: "Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı səsləndirib. "Ermənistanla birlikdə qarşılıqlı ticarəti

1 sentyabr