Türkiyədə qazıntılar zamanı 8 körpə skeleti tapıldı
Arxeoloqlar Türkiyənin mərkəzi hissəsində yerləşən qədim Çatalhöyük yaşayış məskənində apardıqları qazıntılar zamanı səkkiz körpənin qalıqlarını aşkarlayıblar. Dəfnlər daha əvvəl 18 insan məzarının tapıldığı qeyri-adi kompleksin yaxınlığında müəyyən edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qalıqlar Konya vilayətinin Çumra rayonunda yerləşən Çatalhöyükün Şərq təpəsinin şərq hissəsində tapılıb. İlkin məlumatlara görə, səkkiz körpədən ən böyüyü cəmi altı aya qədər yaşayıb.
Arxeoloqlar burada qeyri-adi tikili də aşkarlayıblar. Tikilidə platformalar, bəzəkli divarlar, heyvan buynuzlarından hazırlanmış elementlər və gildən düzəldilmiş relyeflər qorunub saxlanılıb. Alimlər ehtimal edirlər ki, burada ritual mərasimlər keçirilmiş ola bilər.
Körpələrin qalıqlarının məhz bu tikililərin yaxınlığında tapılması Çatalhöyükün tarixinin son mərhələsində hansı ayin və ənənələrin mövcud olması ilə bağlı yeni suallar yaradıb.
Antropoloji araşdırma qalıqların körpələrə aid olduğunu təsdiqləyib və onların təxmini yaşını müəyyən etməyə imkan verib. Hazırda arxeoloqlar və antropoloqlar həm dəfnləri, həm də ətrafdakı mədəni təbəqəni araşdırırlar. Mütəxəssislər uşaqların məhz yaşayış məskəninin bu hissəsində dəfn edilməsinin səbəbini və tapıntının Şərq təpəsinin son əsrləri haqqında nə dediyini müəyyənləşdirməyə çalışırlar.
Çatalhöyükdə insanlar min ildən çox müddətdə yaşayıblar. Araşdırmalar eramızdan əvvəl 6000-ci ildən bir neçə əsr əvvəl və sonrakı dövrü əhatə edir. Həmin mərhələdə yaşayış məskəninin memarlığında, məkanın təşkilində və mədəni adətlərdə ciddi dəyişikliklər baş verib.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Çatalhöyük dünyanın ən mühüm tarixdən əvvəlki yaşayış məskənlərindən biri hesab olunur. Neolit dövründə burada təxminən 8 min insanın yaşadığı ehtimal edilir.
Çatalhöyükdə qazıntılar 1961-ci ildə başlayıb və bu günədək davam edir. Araşdırmalar qədim sakinlərin memarlığı, ictimai quruluşu və dini-mərasim ənənələri haqqında yeni məlumatlar üzə çıxarmaqda davam edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 470 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabr2000 illik qablardan nə çıxdı? - Arxeoloqları təəccübləndirən tapıntılar
İspaniyanın Menorka adasında aparılan arxeoloji araşdırmalar qədim insanların dəfn mərasimləri ilə bağlı maraqlı faktları üzə çıxarıb. Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub. Arxeoloqlar 200 ildən çox yaşı olan kiçik keramik
18 noyabrHər gün qəhvə içmək üçün daha bir səbəb
Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Gut Microbiology" jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancılar
18 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr