Bakıda yeni tribuna quraşdırıldı

Bakıda yeni tribuna quraşdırıldı"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb.

Oxu.Az xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir.

Yeni tribuna 678 tamaşaçı tutumuna malikdir. Onun unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə BŞH-də tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirakçı qeydə alınıb.

Hazırda BŞH-də 2026-cı il Azərbaycan Qran-prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, builki Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 257   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın "Strasburq" komandasına keçib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb. 2024-cü ilin yayında "Asto

25 avqust
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22 avqust
.

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar

Azərbaycanın teniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Cup Youth International 2026" beynəlxalq turnirində 3 yaş kateqroyiasında mükafatçılar sırasında yer alıblar. Bu barədə -a Azərbaycan Badminton Federasiyasından məlumat verilib. Azərbaycan, Türkiyə, İsrail

25 avqust
.

"Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram"

Paytaxtın "Neftçi" klubunun heyətinə yeni qatılan Denzel Jubitana transferi ilə bağlı ilk təəssüratını bölüşüb. xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında deyib. Belçikalı vinger yaşıl meydandakı fərdi oyun üslubundan və bacarıqlarında

29 avqust
.

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə

29 avqust
.

Püşkatma nə vaxtdır? - "Sabah" üçün 8 rəqib

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib. Qaynarinfo xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq. Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 3

26 avqust
.

Messi şilləyə görə CƏRİMƏLƏNDİ

Argentinalı hücumçu Lionel Messi və "İnter Mayami"nin qapıçısı Yan Frey MLS müntəzəm çempionatının "Filadelfiya Yunion"la matçda baş verənlərə görə (2:2) cərimələniblər. -ın xəbərinə görə, bu barədə ESPN nəşri məlumat verib. Qeyd edilib ki, matç zamanı Messinin rəqib oyunçu Kava

22 avqust
.

"Sabah"ın yetirməsi Səbuhi Qurbanov "Xankəndi" klubuna keçib

"Sabah" klubunun yetirməsi Səbuhi Qurbanov karyerasını "Xankəndi"də davam etdirəcək. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Səbuhi Qurbanov "Sabah"ın aşağı yaş üzrə və əvəzedicilərdən ibarər komandalarınd

1 sentyabr
.

"Qarabağ"ın yeni transferləri bu gün gəlir, bir nəfər isə gedir

"Qarabağ"ın iki yeni futbolçu almağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, saytı bununla əlaqədar yeni informasiyalar əldə edib. Xəbərə görə, həmin futbolçuların hər ikisi legionerdir. Düzdür, futbolçuların adları hələlik açıqlanmır. Amma sayt onların milliyyətini və meydandakı mövqeyini öyrən

26 avqust