Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detallarıPortuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur.

Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqət çəkir. Türkiyə klubu bu keçid üçün İtaliya klubuna 44 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Milan" gələcəkdə futbolçunun başqa kluba mümkün satışından əlavə 20 faizlik pay da əldə edəcək.

Türkiyə çempionu ilə portuqaliyalı vinger arasında imzalanacaq sözləşmənin 2030-cu ilə qədər olacağı vurğulanır. Bu müddət ərzində 27 yaşlı hücumameyilli oyunçu İstanbul təmsilçisində hər mövsüm üçün 12 milyon avro məvacib qazanacaq.

Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Leanın transferi üzrə "Milan"la bütün detalları tam razılaşdırıb. Futbolçunun məhz bu gün tibbi yoxlanışdan keçərək rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 183   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişdirilir

Bu axşam saat 20:00-da "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə -a "Bakı Metropoliteni" QSC-də

27 avqust
.

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun

30 avqust
.

Nəriman Axundzadə "Qalatasaray"la oyunda sarı vərəqə aldı

Türkiyə Super Liqasının 2-ci turunda "Qalatasaray" səfərdə "Ərzurumspor"u 4:0 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisinin qələbə qollarını Roland Sallai, Yunus Akgün və Viktor Osimhen vurub. Sallai 12-ci dəqiqədə hesabı açıb, Yunus Akgün 20-c

22 avqust
.

"Napoli" "Çelsi"nin hücumçusu Mark Qiunu transfer edə bilər

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Mark Qiunun transferində maraqlıdır. "Report"xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib. "Barselona"nın yetirməsini

22 avqust
.

Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir

Argentinanın "Rosario Sentral" klubunun hücumçusu Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını başa vurmaq istədiyini bəyan edib. "Report" UOL-a istinadən xəbər verir ki, təcrübəl

23 avqust
.

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə

29 avqust
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29 avqust
.

Mark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub

İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub. xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir. Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"da

1 sentyabr
.

Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi

Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu

25 avqust