Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarixCins şalvarların ön cibinin içərisində yerləşən kiçik cib gündəlik geyimin adi detalına çevrilsə də, onun ilkin təyinatı çoxlarına məlum deyil.

Lent.az xəbər verir ki, bu detal hələ XIX əsrdə Amerika Qərbində çalışan işçilərin ehtiyacları nəzərə alınaraq yaradılıb.

Kiçik cibin tarixi 1873-cü ilə gedib çıxır. Həmin il Levi Strauss və dərzi Jacob Davis metal pərçimlərlə möhkəmləndirilmiş iş şalvarının konstruksiyasına patent alıblar. Dizaynın bir hissəsi kimi əsas ön cibin yuxarı hissəsinə ensiz əlavə cib yerləşdirilib.

Əslində saat üçün nəzərdə tutulub
Bu kiçik cibin ilkin məqsədi cib saatlarını qorumaq olub.

XIX əsrdə cib saatlarından geniş istifadə edilirdi. Saatlar adətən zəncirlə geyimə bərkidilsə də, ağır fiziki iş zamanı onların düşməsi və ya zədələnməsi riski yüksək idi. Buna görə Strauss və Davis saatın içəridə möhkəm qalması üçün xüsusi dar cib hazırlayıblar.

Cins şalvarlar əvvəlcə dəbli geyim kimi deyil, mədənçilər, kovboylar, fermerlər, dəmiryol işçiləri və digər ağır fiziki işlə məşğul olan insanlar üçün istehsal edilirdi.

1890-cı ildən etibarən bu dizayn kütləvi istehsala keçib və balaca cib cins şalvarların dəyişməz elementlərindən birinə çevrilib. Zaman keçdikcə ölçüsü də bir qədər kiçilib.

İndi isə başqa məqsədlər üçün istifadə olunur
Cib saatları gündəlik istifadədən çıxdıqdan və qol saatları yayıldıqdan sonra bu cibə olan ehtiyac faktiki olaraq aradan qalxıb. Buna baxmayaraq, istehsalçılar dizaynı qoruyub saxlayıblar.

Bu gün kiçik cibə qəpik, dodaq balzamı, qulaqcıq və digər xırda əşyalar yerləşdirilir. 1950-ci illərdə isə amerikalı gənclər ondan alışqan, gitara mizrabı və kino biletlərini saxlamaq üçün istifadə edirdilər.

Beləliklə, bu gün sadəcə dekorativ detal kimi görünən kiçik cib əslində 150 ildən çox əvvəl cib saatlarını qorumaq üçün yaradılıb və cins şalvarların tarixi ilə birlikdə günümüzədək gəlib çatıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1947   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

2000 illik qablardan nə çıxdı? - Arxeoloqları təəccübləndirən tapıntılar

İspaniyanın Menorka adasında aparılan arxeoloji araşdırmalar qədim insanların dəfn mərasimləri ilə bağlı maraqlı faktları üzə çıxarıb. Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub. Arxeoloqlar 200 ildən çox yaşı olan kiçik keramik

18 noyabr
.

Hər gün qəhvə içmək üçün daha bir səbəb

Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Gut Microbiology" jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancılar

18 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr